Məlumdur ki, insanlar müəyyən WhatsApp qrup
yaradaraq bir -biriləri ilə ünsiyyət saxlayırlar. Hər bir məktəbdə istər müəllimlər,
istərsə də valideynlər arasında belə qruplar yaradılır. Belə platformanı
qaynayan ehtiraslar ocağından məlumat əldə etmək və həqiqətən də vacib məsələləri
həll etmək üçün bir vasitəyə necə çevirmək olar?
Təsəvvür edək ki, siz uşağınız üçün məktəbə
ehtiyacı olan hər şeyi almısınız, çanta yığılıb, onu məktəbin eşiyinə qədər
apardınız (əgər o, artıq böyükdürsə, evdən yola saldınız) və rahat nəfəs
aldınız... Lakin məktəbdə nələr baş verdiyini digər valideynlərlə müzakirə etmək
də pis olmazdı. Bunun üçün WhatsApp qrupları vardır. Nəzəri olaraq, belə qruplar
valideynlərin lazımi məlumatları tez bir zamanda mübadilə edə və uşaqların
problemlərini tez həll edə bilmələri üçün yaradılır. Lakin, bir qayda olaraq,
bu, sadəcə, əlçatmaz bir arzuya çevrilir. Valideynlərin qrup söhbətləri “ara
söhbətinə” çevrilir, qeyri-məhsuldar və qeyri-adekvat onlayn ünsiyyət nümunəsi
olur. Belə söhbətlər sonsuz mübahisələr, qəribə suallar və daha çox vulqar şərhlərdən
ibarət olur, bunların arasında faydalı məlumatların qırıntılarını axtarıb üzə
çıxarmaq lazımdır. Valideynlərin qrup söhbətlərini hər kəs üçün daha xoş və ya ən
azı daha dözümlü etmək üçün iştirakçılar bir neçə rəqəmsal etiket qaydalarına
riayət etməlidirlər:
1.Təkbətək
söhbətlərə yol verməyin
Nəzərə alın ki, bu, yalnız məktəblə bağlı suallar və
məlumat üçün qrup söhbətidir. Qrupda çoxlu müxtəlif məşğul insanlar var, bundan
əlavə, onların həyatlarında bir çox başqa işləri də var. Onlar, məsələn, Filankəsin
anasının filan cür idman ayaqqabılarını haradan və neçəyə aldığını öyrənməyə həsr
olunmuş iki nəfərlik “bir kilometr uzunluğundakı sözü” oxumaqda heç də maraqlı
deyillər.
2.Gərəksiz
müzakirələr aparmayın
Məhz, valideyn qrup söhbətlərində bu, təəssüf ki, hər
zaman belə olur. Kiməsə tamamilə adi bir sual vermək kifayətdir ki, “proses”
başlasın. Əvvəlcə başqası məsələ ilə bağlı cavab verməyə çalışır, amma həmişə
mövzudan ayrılmağa başlayan, iradlarına cavablar alan, müzakirənin dərəcəsi və
məsələnin sürətlə böyüdüyü barədə aydın fikri olmayan valideynlər tapılacaqdır.
Əgər sinif ehtiyacları üçün pul yığmaq və yaxud Müəllimlər Günü, ya da Yeni il
üçün hədiyyələr seçmək kimi aktual məsələlərdən danışırıqsa, ümumiyyətlə
işıqları söndürün - bir neçə yüz mesaja zəmanət verilir. Amma adətən müzakirələrin
nəticəsinin nə olduğunu anlamaq mümkün olmur. Hadisələrin bu cür inkişafı riskini
azaltmaq üçün qrup söhbətində digər valideynlərin qeyri-müəyyən reaksiyasına səbəb
olacaq bir şey haqqında yazmamalısınız. Mübahisəli məsələləri və uşaqlara aid
problemləri, müəllim, sinif rəhbəri, məktəb rəhbərliyi ilə həll etmək daha
yaxşıdır. Əks təqdirdə açıq şəkildə qalmaqal yaranacaq.
3.Qrupda
“SPAM” yaratmayın
Məsələn, kimsə yığılan pulla bütün sinif üçün nəsə
aldığını yazır, sonra iyirmi səkkiz nəfər
buna “Sağ olun!” mesajına cavab verməyi öz vəzifəsi hesab edir. Hər kəsin
telefonu iyirmi səkkiz dəfə zəng çalır (əgər onlar yatmaq və ya işləmək üçün
bildirişləri söndürməyiblərsə). Əgər bu işlər barədə məlumatınız varsa, hər dəfə
“təşəkkür edirəm” və ya “OK” yazmayın.
4.Axtarışdan
istifadə edin
Sualı göndərməzdən əvvəl söhbət axtarışından
istifadə edin: o, əvvəllər cavablandırılmış ola bilər. Unutmayın ki, “google”da
axtarış kifayətdir.
5.Ancaq
işin mahiyyəti barədə yazın
Çalışın ki, yazılarınız qısa olsun. Yazınızı mətləbə
uyğunlaşdırın və səhvlərə yol verməyin. Xahiş edirəm, dərc etməzdən əvvəl yazdıqlarınızı
yenidən oxuyun. İdeal yazı hərtərəfli, aydın və qısa olmalıdır. Hər dəfə bir
sual verin - bu halda cavab almaq şansı daha yüksək olur.
6.
Artıq cavablandırılmış suallar verməyin
Artıq cavablandırılmış suala yenidən cavab verməyin.
Belə olduqda qrupda da aydınlıq olar.
7.Dostlar
üçün xatirələr saxlayın
Ən yaxşı niyyətlə belə kimlərisə əyləndirmək və ya
müəyyən vəziyyəti aradan qaldırmaq üçün hansısa atmacalar atmağa dəyməz. Söhbətin
mövzusundan uzaq gülməli ifadələr və ya şərhlər problemi daha da dərinləşdirər.
Əgər istəsəniz özünüzə yaxın bildiyiniz bir neçə mehriban valideynlə şəxsi
mesajlarda fikir mübadiləsi aparmaq daha yaxşıdır.
Hazırladı:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
Mənbə:
https://multiurok.ru/files/m-kt-b-whatsapp-qrup-sohb-tl-rind-n-nec-qorunmaq-o.html


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)