Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin dəstəyi və İqtisadi və Sosial İnkişaf Mərkəzinin təşkilatçılığı ilə
ölkənin ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçiriləcək
İqtisadiyyat müsabiqəsi üzrə qeydiyyat mərhələsinə start verilib.
Yarış Azərbaycan, rus və ingilis dillərində təşkil
olunur. Layihə çərçivəsində şagirdlərin iqtisadi anlayışlar və mexanizmlər üzrə
biliklərinin möhkəmləndirilməsi, qərarvermə bacarıqlarının formalaşdırılması hədəflənir.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 28
fevral tarixinə qədər https://forms.gle/DJi4Tuq4igcxoa5h9
müvafiq linkə
keçid etməklə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlər
arasında iqtisadi savadlılığın artırılması, iqtisadi biliklərin genişləndirilməsi,
analitik düşüncə və praktik bacarıqların inkişaf etdirilməsidir.
Müsabiqəyə hazırlıq üçün materiallarla aşağıdaki
keçid vasitəsilə tanış ola bilərsiniz
https://cesd.az/y/az/read.php?id=47
#MÜTDA #EduAz #İqtisadiyyatMüsabiqəsi
Mənbə:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)