Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti
başçılarının müavinlərinin sayı azaldılıb.
Bakupost.az İqtisadiyyat.az-a istinadla xəbər verir
ki, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı 4-dən 3-ə
endirilib.
Belə ki, bir müddətdir ölkə üzrə şəhər və rayon
icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin
yeni sayı təsdiqlənib.
Yeni struktur dəyişikliyi ilə Mingəçevir və Şirvan
şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı və yeni vəzifələri
müəyyənləşib:
Başçının birinci müavini,
Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi
məsələlər şöbəsinin müdiri,
Başçının müavini – Sosial-iqtisadi,
memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.
Xatırladaq ki, əvvəllər bu iki şəhər icra
başçısının müavinlərinin sayı dörd nəfər olub. Onlardan biri birinci müavin, digərləri
Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri vəzifələrini icra ediblər.
Hazırda Mingəçevirin icra başçısının müavinləri Məhluqə
Cavadova (Birinci müavin), Hikmət Kərimov (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər
şöbəsinin müdiri) və Fərid Məmmədovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri
və şəhər təsərrüfatı şöbəsinin müdiri).
Şirvanın icra başçısının isə birinci müavini hələ
ki yoxdur. Onun digər müavinləri isə Aynur Fərzəliyeva (Ərazi-təşkilat və
ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Orxan İbrahimovdur
(Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin
müdiri).
Məlumat üçün onu da bildirək ki, əvvəllər Şirvanın
başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması
şöbəsinin müdiri olan Məharət Mustafayev isə struktur dəyişikliyindən sonra
müavinlərin siyahısında yer almayıb. O, başçının digər əmri ilə fəaliyyətini
yeni yaradılan Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat
məsələləri sektorunda davam etdirir. Şöbə müdirinin müavini – sektor müdiri vəzifəsini
icra edir.
Qeyd edək ki, ölkənin ən böyük şəhəri olan Bakının
icra hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən
çox müavini olan şəhərə gəldikdə onların sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə
Şəhər İcra Hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir.
Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini
postunun sayı üçdür.
Mənbə: https://www.bakupost.az/bu-icra-bascilarinin-muavinleri-ixtisara-dusdu


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)