Hörmətli tədbir iştirakçıları!
Özümü təqdim edim - Əsədov Seyyub Əsəd oğlu, Şirvan
şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən
yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika
“Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə)
təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin
(2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik
vəsait müəllifi). Beynəlxalq və respublika elmi-pedaqoji jurnallarda elmi, tarixi və pedaqoji məqalələrim
dərc olunur.
Çıxışımı bu sözlərlə başlamaq istəyirəm:
- “Mən müəllimdən yüksək ad tanımıram!” – Ümummilli
Lider Heydər Əliyev.
“Hər bir
millətin tərəqqi qapısı onun məktəbidir.” – Nəriman Nərimanov.
Əziz dostlar!
Bu il – 2025-ci il, ölkəmizdə Konstitusiya və
Suverenlik ilidir.
Konstitusiyamız – dövlətimizin dayağı,
hüquqlarımızın və azadlıqlarımızın təminatçısıdır.
Məktəbimizin tarixi hər birimiz üçün qürur mənbəyidir:
11 nömrəli məktəb 1962-ci ildə ibtidai məktəb kimi
fəaliyyətə başlayıb,1968-ci ildə 8 illik məktəbə çevrilib, 1984-cü ildə isə tam
orta məktəb kimi bu binaya köçmüşdür.
1993-cü ildən məktəbimiz Azərbaycan Respublikasının
Milli Qəhrəmanı Tahir Bağırovun adını daşıyır. Onun adı və xatirəsi bu gün də
şagirdlərimizə vətənpərvərlik ruhu aşılayır. Bundan başqa məktəbimizin şəhid məzunlarını
da hər birimiz heç vaxt yaddan çıxarmarıq.
İllər ərzində məktəbimiz böyük uğurlara imza
atmışdır:
2005-ci ildə qrant layihəsinin qalibi olmuş, 2009-2010-cu
dərs ilində cənab Prezident İlham Əliyevin sərəncamı ilə “50 ən yaxşı məktəb”dən
biri seçilmişdir,
2006-2007-ci illərdə Dünya Bankının dəstəyi ilə əsaslı
təmir olunmuşdur.
2025-ci ildə isə yenidən əsaslı təmirdən sonra
istifadəyə verilir.
Ən böyük qürur mənbəyimiz isə – öz işinə sadiq, vətənpərvər
pedaqoji kollektivimizdir!
Hörmətli tədbir iştirakçıları!
Bu xoş günü bizlərə yaşadan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya, Təhsil Nazirliyinə, Şirvan Şəhər İcra Hakimiyyətinə və
Regional Təhsil İdarəsinə – bütün şagirdlər, müəllimlər və valideynlər adından
dərin təşəkkürümü bildirirəm.
Bu gündən etibarən məktəbimiz yeni bir tarix yazmağa başlayır!
DİQQƏTİNİZ ÜÇÜN
TƏŞƏKKÜR EDİRƏM.
Yazının müəllifi: Əsədov Seyyub Əsəd oğlu