2025 - 2026-cı tədris ili üçün yaddaqalan hadisələr və əlamətdar tarixlər təqvimi və DƏRS GÜNÜ TƏBRİKİ

“2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə yeni dərs ilinin prioritet istiqamətləri, əsas hədəflər və gözlənilən yeniliklərdən danışlıb.Təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, şagird nailiyyətlərinin artırılması və rəqəmsal texnologiyaların tətbiqi bu  tədris ilində də diqqət mərkəzində olacaqdır. -Elm və təhsil naziri E.Əmrullayev-

2025 - 2026-cı tədris ili 39 həftədən ibarətdir.

Dərs ilinin başlanması ilə müəllimlər bir çox yeni məsələlərlə üzləşirlər: dərslərə hazırlıq, dərs saatlarının səmərəli təşkili, dərslərin gedişi və s. Hər dəfə sual yaranır: hansı mövzunu seçmək lazımdır ki, həm müasir dövr üçün aktual, həm də maraqlı olsun?

Sizə “2025 - 2026-cı tədris ili üçün yaddaqalan hadisələr və əlamətdar tarixlər təqvimi”ni təqdim etməkdən məmnunluq duyuram. Təqvim mühüm dövlət, milli və dini bayramları (2026-cı ilin ramazan bayramı ilə növruz bayramı üst-üstə düşdüyü üçün fərqli rənglərlə verilmişdir), eləcə də tarix və mədəniyyətdə yaddaqalan hadisələri əhatə edir ki, bu da təhsil və tərbiyə işlərinin planlaşdırılmasında sizə kömək olacaq.

Bu təqvim məktəblilərdə vətəndaşlıq mövqeyinin, mədəni ənənələrə və ümumbəşəri dəyərlərə hörmətin inkişafına yönəlmiş tədbirlərin təşkilində etibarlı köməkçi ola bilər.

Təqvimi çap edərək sinif otağında, müəllimlər otağında, masanızın üstündə və ya sənədlərinizin arasında saxlaya bilərsiniz. Beləliklə, siz qarşıdan gələn hadisələrə əvvəlcədən hazırlaşa və hər məktəb gününü daha parlaq, mənalı edə biləcəksiniz.

Bilik gününüz mübarək, əziz müəllimlər!

Qoy yeni dərs ili sizə ilham, yaradıcılıq sevinci və şagirdlərinizin minnətdar təbəssümlərini gətirsin. Sizə möhkəm cansağlığı, səbir və bol enerji arzulayıram.

Hər məktəb gününüz yalnız məhsuldar deyil, həm də şagirdləriniz üçün maraqlı və əyləncəli olsun! Uğurlar!

 

Məktəbimizin ön tərəfindən görüntü. Bütün müəllim və texniki heyətimizi təbrik edirəm. Uğurlu olsun. 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.