Bir müəllimin xatirələri: Nadir müəllim İsrafilov


Keçmişi də, gələcəyi də ancaq

indinin işığında görmək olar.

…Orta məktəbdə təhsil aldığımız illərdə onlarla müəllim bizə dərs deyib, lakin onların hər birindən lazımi dərsi ala bilməmişik. Bəzilərinin, sadəcə tədris etdiyi fənn üzrə proqram materiallarını az-çox mənimsəməyə çalışmışıq. Elə müəllimlərimiz də olub ki, bizə yalnız bilik, savad deyil, həm də həyat dərsi veriblər, yaxşını pisdən, düzü əyridən, həqiqəti yalandan ayırmağı öyrədiblər. Uzun illər keçsə də, bəziləri xatirimizdə işıq kimi, bəziləri isə kölgə kimi əks olunur…

-Nadir İsrafilov “Bir müəllimin xatirələri” kitabından səh. 9 -

Kitabda Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, tanınmış pedaqoq

Nadir İsrafilovun ta uşaqlıqdan indiyə kimi xatirələri, keçdiyi həyat yolu

işıqlandırılıb. Müəllif əsərdə Azərbaycanda, eləcə də SSRİ-də baş verənləri, vacib

hadisələri, təhsilimizin keçdiyi inkişaf yolunu nəql edir, tətbiq olunan yenilikləri,

o cümlədən mövcud çatışmazlıqları özünəməxsus üslubda oxucuya çatdırır. Kitab,

həmçinin təhsil sahəsində gedən proseslərə işıq tutmaq baxımından vacib mənbə

rolunu oynayır.

Bu gün ziyalı, ləyaqətli insan və bacarıqlı  pedaqoq Nadir müəllim İsrafilovun “3 və 7” mərasimi keçirildi. ...

Nadir müəllim hər zaman bacardığı qədər həqiqətləri söyləməyə çalışardı.

Sovet təhsil sisteminin sonuncu maarif  fədailərindən biri də bu dünyadan köçdü.  Təhsil sistemi yaddaşından daha bir dəyərli yarpaq qopdu.

Əlvida! Nadir müəllim!

Allah sizə rəhmət eləsin. Ruhunuz şad, məkanınız cənnət olsun!


şəkil; 6 aprel 2022-ci ildə Şirvan şəhərində çəkilmişdir. 

 



Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.