Elm və təhsil ictimai maraq kəsb edən sahə olmaqla yanaşı, bütün maraqlı tərəflərin iştirakını zəruri edən prosesdir. Sözügedən prosesdə maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsi keçirilir.
Azərbaycan
milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi”
qəzetinin dəstəyi ilə təşkil olunur.
Foto və
video məzmun olmaqla 2 kateqoriyada keçiriləcək müsabiqədə peşəkar və həvəskar
vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak edə
bilərlər.
Müsabiqədə
iştirak etmək istəyənlər https://anket.edu.az/user/225 platforması üzərindən qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə
iştirak hüququ əldə edənlər mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.
Qeydiyyatla
bağlı hər hansı çətinliklə üzləşənlər musabige@edu.gov.az
elektron
poçt ünvanı üzərindən yazaraq müraciət edə bilərlər.
Müsabiqəyə
qeydiyyat 26 iyun 2025-ci il tarixinədək aktiv olacaq.
Müsabiqə ilə
bağlı ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz: