İyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp
Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirdiyini
açıqlayıb. Daha sonra xalqa müraciət edib.
Zərbələr haqqında nə məlumdur
Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə
obyektinə - Fordo, Natanz və İsfahana uğurlu hücum etdiyini açıqlayıb.
Reuters xəbər verir ki, B-2A “Spirit” ağır strateji
gizli bombardmançı təyyarələri bugünkü Amerika zərbələrində iştirak edib.
FOX News xəbər verir ki, Fordoya qarşı 6 GBU-57
raketi, sualtı qayıqlardan atılan 30 Tomaqavk raketi isə Natanz və İsfahana
qarşı istifadə edilib.
CBS telekanalı xəbər verir ki, ABŞ İranla əlaqə
saxlayıb və bildirib ki, o, Tehranda rejim dəyişikliyi deyil, yalnız hədəfə
alınmış zərbələr planlaşdırır.
NBC xəbər verir ki, Konqresin hər iki palatasının rəhbərlərinə
ABŞ-ın İranın nüvə obyektlərinə hücumları barədə məlumat verilib.
CNN bildirir ki, Tramp və Netanyahu ABŞ-ın İrana zərbəsindən
sonra danışıblar.
NYT bildirir ki, ABŞ kəşfiyyatı İsrailin zərbələrinin
İranın nüvə proqramını yalnız altı aya geri saldığını təxmin edir.
Donald Trampın xalqa Müraciətində nələri söyləyib:
ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsi kütləvi və
dəqiq idi.
İranın əsas uranın zənginləşdirilməsi obyektləri
tamamilə məhv edilib.
İran “Yaxın Şərqin təcavüzkarıdır”.
Ya sülh olacaq, ya da İranı daha ciddi faciə gözləyir.
İrana qarşı növbəti hücumlar bundan da pis ola bilər.
ABŞ lazım gələrsə, bir neçə dəqiqə ərzində İrandakı
əlavə hədəfləri məhv etməyə hazırdır.
ABŞ İranda ən çətin hədəfləri vurub, lakin “hələ
çoxları qalıb”.
Tramp Moskva vaxtı ilə saat 15:00-da İrana zərbələr
endirilməsi ilə bağlı Pentaqonun mətbuat konfransı keçirəcəyini açıqlayıb.
İran tərəfinin məlumatı:
Mehr News xəbər verir ki, ABŞ-ın hücumuna məruz
qalan İranın nüvə obyektləri “bir müddət əvvəl boşaldılmışdır”.
IRNA xəbər verir ki, hələlik radiasiya sızması əlamətləri
yoxdur.
Dünya reaksiyası:
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana
zərbəsinin “tarixi dəyişəcəyini” deyib və qərara görə Trampa təşəkkür edib.
İsrail ordusu əhaliyə qarşı məhdudiyyətləri gücləndirib,
küçə toplantılarını və əksər müəssisələrin fəaliyyətini qadağan edib.
Kuba prezidenti ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrini
pisləyib və deyib ki, bu, təhlükəli eskalasiyadır.
BMT-nin baş katibi Quterreş ABŞ-ın İrana zərbələrini
“təhlükəli eskalasiya” və sülh və təhlükəsizliyə təhdid adlandırıb.
Mənbə:https://news.mail.ru/politics/66680703/?frommail=1