2025-2026-cı
tədris ilinə ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün təkmilləşdirilmiş
və ya yeni hazırlanmış dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərinə
dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Dərslik komplektlərinin
layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə
olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi
başa çatacaq. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik
komplektlərinin məzmunu ilə tanış olmaq, xüsusi ayrılmış sahədə irad və təklifləri
qeyd etmək mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron ünvanına da göndərilə bilər. Elm və Təhsil Nazirliyi
alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, ictimai
birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə
dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
Mənbə: https://edu.gov.az/az/news-and-updates/22014-1


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)