Elm və Təhsil
Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”ni elan
edir.
Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri
və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində
çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqənin keçirilməsində əsas
məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və
innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu
4 mart - 10 aprel 2025-ci il tarixlərində www.grants.edu.az
saytı üzərindən həyata keçiriləcək. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş
müddət ərzində maarifləndirmə sessiyaları təşkil ediləcək. Bu barədə məlumat
Elm və Təhsil Nazirliyinin və müsabiqənin rəsmi resurslarında paylaşılacaq.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış
ola bilərsiniz.
Təhsildə inkişaf və
innovasiyalar üzrə IX qrant müsabiqəsi
Mənbə: https://edu.gov.az/az/news-and-updates/21916-1


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)