“Hadisələr
haqqında bilərəkdən susan tarixçi, olmayan hadisələri uyduran adamdan daha çox
yalançıdır”. Ammian Marselin (330-400-cü il) Res gestae XXIX 1, səh. 15.
Martın
28-də bütün dünyada Tarixçi Günü qeyd olunur - həyatını tarix elmi ilə
bağlayanların peşə bayramıdır 28 mart! Bu münasibətlə həmkarlarımı təbrik edir,
onlara elmi kəşflər, məhsuldar və yaradıcı, həqiqətlə bağlı müzakirələr,
enerji, qətiyyət arzulayıram!
Tarixçilər
keçmişə nəzər salmağı bacaran insanlardır. Onların işi olmasaydı bəşəriyyət çətin
ki, keçmiş haqqında bu qədər çox şey öyrənə bilərdi. Müasir tədqiqatçılar,
Herodotun davamçılarının fərziyyələrində çoxlu uyğunsuzluqlar tapan peşə nümayəndələrinə
iddialar irəli sürürlər. Amma nə olursa olsun, həm ənənəvi elmin tərəfdarları,
həm də alternativ elm adamları 28 martı tarixçi günü kimi qeyd edirlər. Tarix
elminin banisi e.ə. V əsrdə yaşamış Qalikarnaslı Herodot hesab edilir. Qədim
yunan alimi yunanların farslarla müharibələrini, skiflərin və digər qədim
xalqların adət-ənənələrini, yaşayış tərzini ətraflı təsvir edən ilk tarixi
traktatın müəllifi kimi tanınır. Müasir mənada onun əsərlərini tədqiqat
adlandırmaq olmaz. Herodot ədəbi mənbələrə, coğrafiya və təbiət elmlərinə dair
məlumatlara istinad edərək traktatlar yazmışdır. Amma, belə yanaşma filosof və
natiq Siseronun öz həmyerlisi adlandırdığı “Tarixin atası”nın əsərlərinin dəyərini
aşağı salmır. .. Tarix şumerlərdən başlayır... Şumer, misir, yunan alimləri digər
xalqların salnaməçiləri kimi, gil lövhələrə, papiruslara, xurma yarpaqlarına və
ya kağıza həm dövrlərinin, həm də keçmiş günlərin hadisələrini qeyd edirdilər.
..
Müasir
tarixçi alimlər kitabxanalarda, arxivlərdə və ya muzeylərdə saxlanılan yazılı mənbələrin
öyrənilməsi əsasında keçmişi araşdırır və nəticə çıxarırlar. Ancaq tarixçilər
heç də həmişə oxu otaqlarında oturmurlar - onlar etnoqrafik ekspedisiyalarda və
arxeoloji qazıntılarda da iştirak edirlər.
Tarixin
himayədarı qədim yunan ilahəsi Klio - 9 olimpiya muzlarından biri hesab edilir.
Klionun anası yaddaş ilahəsi Mnemozina sayılır. O, həyat təcrübəsinin təcəssümü
hesab olunurdu. Əfsanəyə görə o, “hər
şey var idi, hər şey var və hər şey olacaq”ı bilirmiş. Tarix və yaddaş
ayrılmaz şəkildə biri-birilə bağlıdır. İnsanların keçmişlərinin dəyərini
anlamaları və mənşəyinə müraciət etməyin vacibliyini xatırlaması üçün 28 Mart
Ümumdünya Tarixçilər Günü kimi qeyd olunur.
XIX
əsrin görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov özünün “Gülüstai-İrəm”
adlı məhşur əsərində yazır:”…Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini
bütün təfsilatı və təriflərlə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini,
tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin
libasında insanların ibrət nəzərinə çatdırır”. …
28
mart bütün dünyada Beynəlxalq Tarixçilər Günü kimi qeyd edilir. Fəaliyyətləri
bu və ya digər şəkildə tarix kimi bir elmin öyrənilməsi ilə əlaqəli olan bütün
mütəxəssislər bu gün təbrik edilirlər.
Tarixçi
peşəsi əcdadlarımızın həyatı haqqında məlumat əldə etməyimizə, təcrübələrini
öyrənməyimizə və səhvlərimizi təkrarlamamağımıza imkan verən bir işdir. ...
Kiçik
tövsiyyə:
-əldə
edilən biliklərə görə müəllimlərinizə minnətdar olun;
-
arxeoloqları, etnoqrafları və ümumiyyətlə tarixlə bağlı digər peşə sahiblərini
yaddan çıxarmayın;
-bölgənizin
tarixi ilə, tarixi abidələrlə maraqlanın;
-keçmişdəki
real hadisələrə əsaslanan bədii və ya sənədli filmlərə baxın;
-çalışın
səyahət edin və müxtəlif ölkələrdə olun.
Beynəlxalq
Tarixçi Günü - ömrünü elm və təhsillə həsr edənlərə minnətdarlıq sözlərinin
ünvanlandığı Beynəlxalq bir bayramdır.
BAYRAMINIZ MÜBARƏK TARİXÇİLƏR!
İstifadə
edilmiş resurslar:
(P.S. 28 mart həm də bu tarixi günlərdir)
Görkəmli Çex pedaqoqu və ictimai xadimi Yan Amos
Komenski 1592-ci ilin bu günü dünyaya gəlib. Dərs ilinin başlanğıcı və sonu
anlayışını məhz Komenski yaradıb. O həmçinin ili rüblərə bölərək dərs gününün
davamiyyətini müəyyənləşdirib, sinif-dərs-təlim formasını hazırlayıb. (1592-1670)
*
1965-ci ilin 28 martında ABŞ-nın Alabama ştatında
Martin Lüther Kinqin başçılığı ilə 25 min nəfər vətəndaş haqları uğrunda və
irçilik əleyhinə nümayişə çıxmıdır.
**
28 mart Azərbaycan Milli Təhlükəsizlik orqanlarında
çalışanların da bayramıdır. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin Hərbi
Nazirliyi tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla
28 mart Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü kimi
qeyd edilir.
***
Hazırladı:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).