Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub

Sinxron Fənlər “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyində yeni təyinat olub. “Azərbaycan müəllimi”nin əldə etdiyi məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. Qeyd edək ki, o bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Mənbə:

https://muallim.edu.az/news/elm-ve-tehsil-nazirliyinde-yeni-teyinat-67a605bf026a30edc97b9da4

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.