Prezident
İlham Əliyev görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim
İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sinxron Fənlər “AZƏRTAC” a istinadən xəbər verir ki, Sərəncamda deyilir: “2025-ci
ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi
Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur.
Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol
oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında
klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist
boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub
formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin
başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə
işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret
və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini
qoruyub saxlayır”. Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə görkəmli Azərbaycan
rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı tədbirlər planı
hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn
məsələləri həll etmək tapşırılıb.
Mirzə
Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan
dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan
olmasının 200 ili tamam olur.
Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə
əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən
yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini
Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək
orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin
başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə
işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret
və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini
qoruyub saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, Azərbaycan incəsənətinin inkişafına töhfələr
vermiş görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunmasını təmin
etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı
tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2025-ci il
P.S. Mirzə Qədim İrəvani (tam adı: Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani (4 dekabr 1825 - 1875), XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssam. Azərbaycan panel rəssamlığının əsasını qoymuşdur.
Mənbələr:1.https://azertag.az/xeber/mirze_qedim_irevaninin_200_illiyi_qeyd_edilecek___serencam-3418443
2.https://president.az/az/articles/view/68154
3.https://az.wikipedia.org/wiki/Mirz%C9%99_Q%C9%99dim_%C4%B0r%C9%99vani