Keçmişə nə qədər nəzər salsaq, qədim
populyasiyaları modelləşdirmək bir o qədər çətinləşir, çünki genomlarımız bir
çox nəsillər boyu qarışıq olub, izləri qarışdırıb. 2023-cü ildə yüksək profilli
bir araşdırma bəşər tarixinə dramatik bir dönüş əlavə etdi və bizim növlərimizin
təxminən bir milyon il əvvəl yox olmaq ərəfəsində olduğunu göstərdi. Nüfuzlu
“Science” jurnalında dərc olunan məqalə bütün dünya mediasında yayılıb. Ancaq
tapıntılara yeni nəzər saldıqda belə bir faciəli hadisənin ümumiyyətlə baş vermədiyini
görsənir.
Təqdim olunan orijinal tədqiqatın müəllifləri
FitCoal adlı kompüter modelini işləyib hazırlayıblar və onun köməyi ilə 3000-dən
çox müasir insanın genetik tarixini təhlil edərək, onların əsrlər boyu
mutasiyalarını izləyiblər. Məqsəd, genetik variantların mövcud paylanmasına səbəb
ola biləcək populyasiya dinamikasını müəyyən etmək idi. Bütün Afrika genomları
arasında elm adamları təxminən 900.000 il əvvəl “darboğaz” əlamətləri aşkar
etmişlər. Əldə etdikləri nəticələrə əsasən, onlar bəşəriyyətin əcdadlarının təxminən
98,7%-nin həmin dövrdə dünyasını dəyişdiyini və dünya əhalisinin cəmi 1280 nəfərə
qədər azaldığını irəli sürdülər. Bununla belə, eyni “darboğaz” əlamətlərinin
digər qeyri-Afrika genomlarında tapılmaması bir çox mütəxəssisdə suallar və
şübhələr yaradır.
Araşdırmanın tənqidçilərindən biri Kembric
Universitetindən doktor Aylvin Skalli idi. O qeyd etdi ki, FitCoal qədim əhalinin
azalmasına işarə edə bilsə də, digər modellər bu hesablamaları təkrarlaya
bilmir. “Keçmişdən nəticə çıxarmaq üçün bütün bu üsullar müasir insanlar
arasındakı fərqlərə və əcdadların mənşəyindəki fərqlərə əsaslanır” deyə A. Skalli
bildirir. Lakin yüz minlərlə il ərzində fərqlərin çoxu bir ortaq əcdadda birləşir.
Beləliklə, müasir genetik fərqlər 200.000 ildən çox əvvəl baş verənlər haqqında
az məlumat verir. MUSHI (mutation spectrum history inference -mutasiya spektri
tarixinin nəticəsi) və MSMC (multiple sequentially Markovian coalescent -birdən
çox ardıcıl Markovian birləşən) kimi keçmiş populyasiya ölçülərini yenidən
qurmaq üçün hazırlanmış bir çox statistik alətlər vardır. Kiçik fərqlər olsa
da, bütün modellər tarixi genomik birləşmənin nə vaxt və necə baş verdiyini
hesablamaq üçün mutasiya dərəcələri ilə bağlı fərziyyələrə və sadələşdirmələrə əsaslanır.
Skalli hesab edir ki, bu qaçılmaz fərziyyələr bütün bu cür vasitələrin
etibarlılığını məhdudlaşdırır, çünki reallıq sadə modellərin izah edə biləcəyindən
daha mürəkkəbdir. O xəbərdarlıq edir ki, səhv etmək və azdırmaq üçün bir çox
yol var. Son aylarda, FitCoal-ın hesablamalarında əsaslı səhvə yol verildiyindən
şübhələnən bir neçə elm adamı məyusedici nəticələrlə öz təhlillərini aparmışlar.
Məsələn, nəzərdən keçirilməyən bir araşdırma, ehtimal olunan “darboğaz” əlamətlərinin
MUSHI tərəfindən aşkarlana bilməyəcəyini
və başqa bir araşdırmada digər qurulmuş modellərin də onu aşkarlaya bilmədiyi
aşkar edildi. Üstəlik, əgər bütün əcdadlarımız həqiqətən yox olmağa bu qədər
yaxın idilərsə, onda oxşar iz bütün müasir qeyri-afrikalı populyasiyaların
genomlarında olmalı idi. FitCoal-ın bunların heç birini görməməsi yalnız onun nəticələrinin
səhv ola biləcəyinə dair şübhələri artırır. İlk məqalənin müəllifləri bunun
FitCoal-un digər vasitələrdən fərqli birləşmə sürətindən istifadə etməsi ilə
bağlı olduğunu düşünsələr də, niyə belə olduğu aydın deyil. Genetics jurnalında
dərc olunan başqa bir araşdırma, FitCoal-ın qədim populyasiya dinamikasını dəqiq
modelləşdirmək üçün çox sadə olduğunu müəyyən etmişdir. Bu da digər modellərin
ziddiyyətli nəticələrini izah edir. “FitCoal süni şəkildə kəskin “darboğaz” əlamətləri
yaratmağa meyllidir, amma əslində heç bir problem yoxdur. Başqa sözlə, bildirilən
kritik “darboğaz”, çox güman ki, statistik artefaktdır”, - deyə tədqiqat müəllifləri
yazırlar. Əhalinin məskunlaşmasının təklif edən alimlərin işlərini müzakirə edən
Skalli iddia edir ki, “əgər onların metodu müəyyən bir siqnalı aşkar edən yeganə
üsuldursa, o zaman bunun niyə baş verdiyini birtəhər izah etməlidirlər. Onlar
izah etməlidirlər ki, niyə onların metodu bunu görə bilir, digərləri bunu görə
bilmir”. “Sahədəki insanların çoxu üçün daha aydın olan odur ki, təklif olunan
metod məlumatların bəzi aspektlərinə xüsusi və ya qeyri-adi şəkildə cavab verir
və faktdan daha çox artefaktdır” deyə A. Skalli bildirir.
Mənbə:
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına
11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).