Görkəmli tarixçi alim Orazgozel Machaeva Əzizə Xələfovanın paylaşımına 4 saat əvvəl rəy yazıb: Bu kədərli hekayə bir daha insanın yaratdığı gözəlliyə uzaqdan heyran olmağın və onu yaradanların həyat yolunu öyrənməyə çalışmağın daha yaxşı olduğu fikrini təsdiqləyir. Hətta bunlar Bayron və Russo kimi “böyüklərə” aid olsa belə. Ola bilər ki, onların insani keyfiyyətlərindəki məyusluq onların “parlaq yaradıcılığının” səmimiliyinə şübhə yaradacaq....əl-Buxari, Allah ona rəhmət eləsin, ...bir insanın heyvanlara qarşı çox insaflı olmadığını görsə belə, bu barədə hədis yazmamışdır.
(P.S. Rus dilində olan yazını doğma Azərbaycan
dilinə tərcümə etməyə cəhd göstərdim).
Uşaqlar
bağışlayar
Filosof Russo (Jan Jak) beş uşağını biri-birinin
ardınca uşaq sığınacağına qoymuşdur.
Onunla yatağa baş qoyan qadın bu uşaqları dünyaya gətirdikdən sonra uşaqları
uşaq sığınacağına təhvil vermişlər. Russo yazırdı ki, o, uşaqlarının kəndli
olmasını istəyir. Təmiz havada sağlam iş, sadə yemək, təbiətlə harmoniya... Çox
güman ki, körpələr sadəcə sığınacaqda ölüblər. XVIII əsrdə uşaqlar üçün şərait
dəhşətli idi. Lakin Russo bu barədə düşünmürdü. O, uşaqların düzgün tərbiyəsi
haqqında traktat yazmış, bu ona böyük müəllim və pedaqoq kimi şöhrət
qazandırmışdır.
Lord Bayron dörd yaşlı qeyri-qanuni qızı Alleqranı
monastıra qoymuşdur. Əvvəlcə qızı anasının əlindən almışdı, sonra şair qızdan
bezir. “ O, qatır kimi inadkar və eşşək kimi qarınquludur!” - Bayron övladını
poetik şəkildə belə təsvir edir. Qız onu narahat edirdi; onlar bir qəsrdə yaşayırdılar.
Dörd yaşlı bir uşağın qəsrə necə müdaxilə edə biləcəyini təsəvvür etmək çətindir
...Monastırda qız “quruyub əriməyə” başladı.”Solğun, sakit və zərif” o, beləcə
yadda qaldı. Rahibələrin iştirakı ilə Alleqra atasına məktub yazdı; daha
doğrusu, mərhəmətli rahibələr onun adından atasının onu ziyarətə gəlməsi xahişini
yazırdılar...Bayron deyirdi ki, Alleqra sadəcə olaraq hədiyyələrə ümid edir.
Onu ziyarətə ehtiyac yoxdur! Beş yaşında ikən qızçığaz yadların əhatəsində vəfat
etdi.
Şairə Marina Tsvetayeva (Цветаева) da aclıq illərində
uşaqlarını uşaq evinə göndərmişdir. Hətta uşaqların anası olduğunu bildirməməyi
əmr etmişdi. Uşaqlara yetim olduqları deyilirdi. Uşaq evində kiçik qızı İrina
aclıqdan və xəstəlikdən ölür. Şairə uşaqların yaşayış şəraitini öz gözləri ilə
görüb - xaç anası adı altında uşaqlara baş çəkirdi. Daha sonra böyük qızını oradan
götürdü. Ən kiçiyi qəriblər arasında öldü. Bu hekayə haqqında daha çox oxuya
bilərsiniz “İroçka Efronun ölümü”. Tsvetaeva qızının dəfn mərasiminə getmədi,
ancaq yaşadıqları haqqında çox kədərli bir şeir yazdı. Əlbəttə ki, Moskvada
xidmətdən imtina edərək iki uşaqla ayrı bir mənzildə yaşamaq çox çətin idi. Şeir
yazmaq isə çox çətin idi, uşaqlar çox diqqət və qidalanma tələb edirdi.
Tsvetaeva iki yaşlı İrinanın “qarınqululuğundan” da bəhs etmişdir...
Yəqin ki, ulu nənələrimiz şalışdıqlarına, Marina Tsvetayeva,
Russo yaxud Bayron kimi şeir və yazı
yazmadıqlarına görə öz uşaqalrını yetimxanalara verməmişlər.
Sevgi və ruh haqqında ilhamlanmış sətirlər yaza bilərsiniz.
Ancaq işlərə fərqli yanaşın. İnsanlar uzun illər böyük şeirlərə və fəlsəfi
traktatlara heyran qalırlar, lakin bu gözəl əsərlərin yaradılması zamanı müəlliflərin
atılmış övladları haradasa aclıqdan və ya yiyəsizlikdən ölmüşdür. Onlar, tək
ağlamış və ya sadəcə olaraq səssizcə uzanaraq divara tərəf çevrilmiş - heç
kimin ona təsəlli verməyəcəyini anlamışlar...Amma bu böyük insanların özlərinə
çox yazığı gəlirdi. Etdiklərini çox
yaxşı başa düşürdülər. Onlar səmimi olaraq çaşqın idilər - niyə belə əzab
onların başına gəlmişdir? Nə üçün? Baxmayaraq ki, heç bir xüsusi əzab yox idi:
aclıq çəkməmişlər, döyülməmiş və başqalarından da asılı olmamışlar... Filosof
Russo özü haqqında kədərlə yazırdı: “Yatağımda hamı tərəfindən tənha, xəstə və
tərk edilmiş, mən orada yoxsulluqdan, soyuqdan ölə bilərəm... heç kim bundan
narahat olmayacaq”... Çoxsaylı himayədarlar Russonu aclıqdan və soyuqdan xilas
etdilər. Xüsusən uşaqları sığınacağa verilən ana ondan ğtrü narahat idi.
Bu, adları keçən insanlar yaxşı və əbədi əsərlər
qoyub getmiş dahi insanlardır. Onların övladlarının taleyini isə az adam bilir;
amma bu haqda bilmək lazımdır. Yadda
saxlamalıyıq - uşaq tamamilə valideyndən asılıdır. Ona xəyanət etmək asandır! O,
etiraz edə, qisas ala bilməyəcək, məzəmmət edə bilməyəcək. Övlad, son gününə qədər
ümid edəcək ki, onun üçün gəlib onu xilas edəcəklər, geri alacaqlar!...Şair
Şelli, Bayronun qəsri yaxınlığında dəniz üzərində balaca Alleqranın parlaq
obrazını gördü. O gülümsədi. Hər şeyi bağışladı. Uşaqlar bağışlayar...
Anna Kiryanova
Mənbə:
1.https://www.facebook.com/orazgozel.machaeva
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).