Avqustun
22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
(ATİAHİ Respublika Komitəsi) II Məclisi keçirilib. “Qafqazinfo” xəbər verir ki,
ATİAHİ-nin sədri Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda Məclisin
gündəliyi təsdiq edilib.
İclasda təşkilati
məsələyə baxılıb.
Məclisdə
çıxış edən S.Möhbalıyev ATİAHİ-yə rəhbərlik etdiyi müddətdə görülmüş işlərdən, əldə
olunmuş uğurlardan danışıb. Çıxışının sonunda o, işinin çoxluğunu nəzərə alaraq
ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən, Respublika
Komitəsinin sədrliyindən istefa verdiyini açıqlayıb. S.Möhbalıyevin istefası Məclis
üzvləri tərəfindən qəbul edilib. Sonra
ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik
edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq
səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri
seçilib. ATİAHİ-nin
yeni sədri A.Paşayev ona etimad göstərən Məclis üzvlərinə təşəkkür edib, rəhbərlik
etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək, sosial, iqtisadi
hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı səylə çalışacağını
vurğulayıb.
Mənbə: https://qafqazinfo.az/news/detail/settar-mohbaliyev-istefa-verdi-445170