24 may 2024-cü il tarixində Şirvan şəhər 11№-li tam
orta məktəbin “Tədbirlər Planı”na uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyatı
müəllimi İbrahimova Pərvinin təşkilatçılığı ilə Müstəqillik gününə (Müstəqillik
Günü və ya köhnə adı ilə Respublika Günü - 1918-ci ildə müsəlman Şərqində ilk
dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı
gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15
oktyabr 2021-ci ildən Respublika gününün adı dəyişdirilərək Müstəqillik Günü
olmuşdur.) həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının
himni ilə başladı. Tədbirdə məktəbin direktoru Kamandar Rüstəmov giriş sözü ilə
çıxış etdi və bayram münasibətilə tədbir
iştirakçılarını təbrik etdi. Tədbirdə görkəmli Azərbaycan ədibi İlyas Əfəndiyevin
“Xurşudbanu Nətəvan” və “Həyatım mənim, həyətim mənim” komediyasından səhnəciklər
göstərildi. Tamaşaları - məktəbin şagirdləri: Nəcəfova Zəhra, Nəcəfli Əli,
Quliyev Eldar (9 A); Bünyatov Əli, Qurbanlı Şəhrizad, Feyzullayev Tural (9 B);
Bəbirli Sədi (9 C); Əliyeva Mehriban və Nigar bacıları və Abbaszadə Yusif (8 B)
məharətlə nümayiş etdirdilər. Məktəbin istedadlı musiqiçiləri 8 A sinif şagirdləri
Məmmədli Murad və Əhədli Fərid (tar), 6 Ç sinif şagirdi Məlikov Nihad (kamança) və 6 Ç sinif şagirdi
Şahmarlı Murad (qarmon) öz ustalıqlarını göstərdilər. Məktəbimizin 6 Ç sinif
şagirdi gənc rəqqasə Abbasova Nuray milli rəqslə tamaşaçıları heyran qoydu.
Şagirdlərimizi səhnə geyimləri ilə təmin etdiyi
üçün Şirvan şəhər Mədəniyyət Evinin müdiri Namini Nəmidə xanıma xüsusi minnətdarlıq.
#Şirvanşəhər11saylıtamortaməktəb
#ŞirvanşəhərTəhsilSektoru
#Şirvan-SalyanRTİ