İnteraktiv
öyrənmə texnologiyaları şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf
etdirmək vasitəsi kimi
Əsədov Seyyub Əsəd oğlunun iş təcrübəsindən
“Uşaqlar
dünyanı xilas edəcəklər” bu sözlər Selincerə məxsusdur. Sonra isə əlavə
etmişdir:” Əgər biz onları özümüz kimi etməsək”.
(P.S. Cerom Devid
Selincer (1 yanvar 1919-27 yanvar 2010) Amerika yazıçısı.Yazıçının ilk qələm əsəri
“Gənc adamlar” hekayəsi 1940-cı ildə işıq üzü görüb. 1941-1948-ci illərdə ABŞ-da
dəbdə olan “Colliers”, “Esquire” və “Cosmopolitan” kimi jurnallarda 20 hekayəsi
çap edilmişdir. Lakin C. D. Selincerə
dünya şöhrətini 1951-ci ildə yazdığı yeganə romanı olan “Çovdarlıqda uçurumdan
qoruyan” əsəri gətirmişdi. Bu əsər qısa müddət ərzində dünyada 60 milyon nüxsə
ilə satıldı. 1940-cı illərin sonunda Cerom buddizm dinini araşdırmağa başlamışdı. Romanı çap edilməmişdən
qabaq onun artıq iyirmi altı əsəri, yeddi novellası işıq üzü görmüşdü. Daha
sonralar yazdığı iki novellanı birləşdirərək 1953-cü ildə “Doqquz novella”
(“Doqquz hekayə”) kitabını nəşr etdirmişdi. 1960-cı illərdə dərc olunan “Freeni
və Zui” novellası və “Raise High the Roof Beam, Carpenters” (“Yüksək tavan
çubuqlarını qaldırın, dülgərlər”)
povesti
Devidə ədəbiyyat yolunda yenilik gətirir. O, əsərdə yaratdığı intellektual, zərif,
incə Qlass ailəsi obrazını yeni fikirlərin bələdçisinə çevirir. Bu qəhrəmanlar
sayəsində Selincer buddizm, iddiasız, mülayim mistisizm,
nihilizmlə Tolstoy ideyalarını sintez etməyi bacarmışdır. 1965-ci ildən ömrünün
sonuna qədər Devid demək olar müsahibə verməkdəm tamamilə imtina etməyə
başlamışdır. Həmən ildən də əsərlərini çap etdirməyi demək olar ki, dayandırmış. Ancaq özü üçün yazmaq qərarına gəlmişdir. Cerom Devid Selincer həyatının son illərində öz böyük darvazalı
evində qalır və heç kimlə görüşmürdü. Müxtəlif dini meditasiyalar,
praktikalar edirdi. Buddizm, hinduizm, yoqa, makrobiotika, dianetika ilə
maraqlanırdı. Devid Selincer anadan olduğu ayda, 27
yanvar 2010-cu ildə 91 yaşında elə öz evində də vəfat etmişdir. Qəbri Nyu
Hempşir (ABŞ) şəhərindədir).
Bir müəllim
kimi mənim vəzifəm hər bir şagirddə
daxili azadlığı inkişaf etdirmək, şagird dünyanı necə görürsə eləcə də
duymağını, onların dünyagörüşünə təsir göstərməməyi, müstəqil düşünmək, axtarış
etmək, səhv etmək və həmin səhvləri düzəltməyə imkan verməkdir.
Mənim nailiyyətlərim!
Dərs
prosesində tədris materiallarının ən keyfiyyətlisini seçmək və bu materialları
şagirdlərə aşılamaq şəxsiyyətlərarası qarşılıqlı münasibətlərin düzgün
qurulmasından asılıdır. Qrup halında qarşılıqlı münasibətləri və üsulları interaktiv metod adlandırmaq qəbul
edilmişdir. Bu işin əsasında qarşılıqlı oyunlar əlaqəsi və ya qarşılıqlı əlaqə
mexanizmi (inersiya) durur (inersiya sözü ingilis dilindən tərcümədə “qarşılıqlı
təsir, və ya sadəcə təsir” deməkdir).
Müasir məktəb
üçün interaktiv təhsilin məqsədi məktəblilərin ümumi inkişafıdır. Bu zaman;
• hər bir məktəblinin öz şəxsi inkişafında optimal
imkanları təmin etmək,
• öz müqəddəratını təyin etmə və özünü həyatda
nümayiş və qabiliyyətlərini inkişaf etdirməyi bacarmağı öyrətməkdən ibarətdir.
Eyni zamanda, şagirdin ümumi inkişafı onun şəxsi
inkişafını da nəzərdə tutur. Bu zaman nəzərə alınmalı məsələlər bunlardır;
• ehtiyac sahələri,
• intellektual sahələr,
• emosional - duyğu və istədiyi digər sahələr.
İnteraktiv üsullarla daxildir:
•Beyin fırtınası,
• Müxtəlif rollu oyunlar,
• təhsil biznes oyunları,
• oyun dizaynı,
• spesifik problemin (və ya digər) vəziyyətlərinin
təhlili və s. və il. Mövzuda üç üsul barədə söhbət açmaq istəyirəm (layihə, fəal
öyrənmə və oyun dizaynı)
Layihənin əsası şagirdlərin təhsil və bilik fəaliyyətlərini
həyata keçirən intellektual bacarıqların və layihələrin həmişə müstəqil fəaliyyət göstərməyi öyrətmək,
eləcə də fərdi şəkildə, cütlərlə, müəyyən bir müddət ərzində qrup tərəfindən həyata
keçirilməsini təmin etməkdir.
Layihə fəaliyyəti həmişə xüsusi bir problemin həllinə
yönəlib, bunun üçün müxtəlif üsul və vasitələrdən istifadə edərək, şagirdlərin
müxtəlif sahələrdən əldə etdiyi bilik və bacarıqları özündə birləşdirməlidir.
Layihə
texnologiyası, XXI əsrin texnologiyalarına aiddir. Beləki, bu üsul zamanı
şagird yeni şəraitdə qərar qəbuletmə prosesində özünkünü yaratmağa, yeni şərtlərə
uyğunlaşmağa, ünsiyyət əsaslarını inkişaf etdirmək imkanı qazanır.
Müasir təhsili
bu gün interaktiv rejimdə mətn, qrafika, video və animasiya istifadə etməyə
imkan verən multimedia texnologiyaları (multimediya- ingilis dilində “çox
komponentli mühit” deməkdir) olmadan təsəvvür etmək çətindir. Onu da qeyd etmək
lazımdır ki, təhsil prosesində komputerdən istifadə cürbəcür internet sahələri
imkanlarını genişləndirir.
Komputerin
çoxfunksiyalı olması bir çox ehtiyacların və interaktiv dialoqun mövcudluğuna
imkanlar açmış olur. Bu cür multimediya proqramlarının tətbiqi müəllimin fərdi
yanaşma problemlərinin həlli zamanı, dərs sisteminin bir dərs sistemi
kontekstində fərdiləşdirilməsində əlverişli şərait yaratmaqla yanaşı, həm də dərs
mövzuları ilə eyni vaxtda müxtəlif informasiya mənbələrinin araşdırılmasına, bu
isə proqram materialının keyfiyyətli mənimsənilməsinin
imkanlarını artırır, nəhayət ən sonda ümumi məqsədə nail olmaq və ümumi inkişafa gətirib çıxarır.
Fəal öyrənmə təcrübəsi:
Bir təcrübə,
müəyyən problemləri həll etmək üçün nəzəri biliklər tətbiq etməyə imkan verən
bir vasitədir. Şagirdlər arasında müstəqil düşünmənin inkişaf etdirilməsinə, nəzəriyyənin
praktika ilə əlaqələndirilməsinə kömək edir.
Bu texnologiyadan istifadə edərkən müəllimin işi tərbiyəçi
rolunda çıxış etmək olur. Buraya konstruktiv işin qurulması və eləcə də siniflə birbaşa iş daxildir.
Oyun dizaynında, sinif iştirakçıları bir layihə üzərində
işləmək üçün kiçik qruplarda təşkil edilir, nəticələr qruplararası plenumda hər
bir layihənin təqdimatı ilə müqayisə edilir və sonra daha fərqli, daha yenilikçi
ideyalar və yanaşmalar müzakirə edilir;
Hətta digər
dərslərdə, müəllimin yaradıcılıq laboratoriyasında, dərsdənkənar proseslərdə
şagirdlər janr, tip və məqsəd baxımından müxtəlif olan halları təhlil edə bilirlər.
Burada məqsəd: şagirdlərə fərdi, eləcə də qrupun
bir hissəsi kimi öyrətmək;
-məlumatları təhlil etmək,
-müəyyən bir problemi həll etmək üçün onu sıralamaq,
-əsas problemləri müəyyənləşdirmək,
-alternativ həllər yaratmaq və onları qiymətləndirmək,
-optimal həlli seçmək və fəaliyyət proqramları
yaratmaq və s.və il. olmalıdır.
Bu məqsədlərə əlavə olaraq, vəziyyətlərin təhlili tətbiq
edilərkən, əlavə effektlər alınır və bunlar aşağıdakılardan ibarətdir;
• Ünsiyyət bacarıqlarını qazanmaq
• Təqdimat bacarıqlarını inkişaf etdirmək
• Effektiv şəkildə qarşılıqlı əlaqə yaratmaq və
kollektiv qərarlar vermək üçün interaktiv bacarıqların formalaşdırmaq
• Ekspert bacarıqlarını əldə etmək
• Situasiya problemini həll etmək üçün müstəqil
olaraq lazımi məlumatları öyrənmək üçün lazımi məlumat əldə etmək
• Öyrənmək üçün motivasiyanı dəyişdirmək
İstinadlar:
https://multiurok.ru/files/amerika-birl-smis-statlarinin-yaranmasi.html
https://multiurok.ru/seyyubasadov2/files/nauchnyie-stat-i/
https://multiurok.ru/seyyubasadov2/files/xatir-l-r-miemorialy/
https://multiurok.ru/seyyubasadov2/files/vidieo-uroki-video-d-rsl-r/
https://multiurok.ru/seyyubasadov2/files/inteqrasiya-tecrubesinden/
İnternet resusrları:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).