Təkrar
emal təbii sərvətlərimizi qorumağa kömək edən, ekoloji cəhətdən təmiz və yaşıl
planetin yaranmasına töhfə verən bir prosesdir.
2018-ci
ildən etibarən hər il qeyd olunan Qlobal Təkrar Emal Günü ilə əlaqədar
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra
Hakimiyyətinin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 17 mart 2024-cü il
tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.
Festival
çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5
litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək
əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, milli
parklara giriş bileti) əldə edə biləcəklər.
Qeyd
edək ki, maraqlı viktorinaları, müxtəlif müsabiqələri ilə keçiriləcək
festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr
qazana bilərsiniz.
“Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən belə tədbirlərdə hər kəsi fəal
iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
Məkan:
Hüseyn Cavid parkı ( Elmlər Akademiyası metrostansiyasının yaxınlığı)
Tarix:
17 mart
Saat:
12:00-15:00
Mənbə: