2024-cü
ilin ilk günündən etibarən bir sıra sosial ödənişlərdə yeni artımlar
hesablanacaq. Belə ki, yanvar ayından başlayaraq indeksasiya sisteminə uyğun
olaraq pensiyalarda artımların hesablanması həyata keçiriləcək. 2024-cü ildə əmək
pensiyalarındakı artım məhz 2023-cü ilin orta aylıq əməkhaqqına edilən artım
faizinə uyğunlaşdırılacaq. Belə ki, 2023-cü ilin geridə qalan aylarında orta
aylıq əməkhaqqında 11,3% artım qeydə alınıb. Bu, o deməkdir ki, mövcud
tendensiya davam edəcəyi halda 2024-cü ilin yanvarında pensiyalar orta hesabla
11% artırılacaq. Artımlar əmək pensiyası alanların hamısına şamil ediləcək. Yəni
məbləğdən asılı olmayaraq əmək pensiyası alan vətəndaşlarımızın pensiyasının gələn
aydan etibarən 11% artırılacağı gözlənilir.
Vahid
indeksasiya mexanizmi formalaşdırıldığı üçün indeksasiya yolu ilə artımlar
bütün əmək pensiyası alanları əhatə edir. Hər bir pensiyaçı öz pensiyasındakı
artımları asanlıqla hesablaya bilər. Məsələn, vətəndaş 500 manat pensiya
alırsa, onun pensiyasında, təxminən, 55 manat artım olacaq. İndeksasiya ilə
artım fevralın əvvəlində reallaşsa da, artımlar məhz yanvar ayından hesablanır.
Pensiyaçı yanvar ayında 500 manat pensiya alacaq, yanvar ayı üçün artırılmış 55
manatı isə fevral ayının pensiyası ilə birlikdə alacaq. Beləliklə, yanvar
ayından qalan 55 manatla fevral ayının artımını birlikdə hesablasaq, vətəndaş
fevral ayında 555 manat deyil, 610 manat pensiya alacaq. Mart ayında isə 555
manat artırılmış pensiyanı almağa davam edəcək.
Sosial
yardımlara gəldikdə isə, sabahdan ehtiyac meyarı 246 manatdan 270 manata
çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial
yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan
vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım
proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən
artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox
ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.
Aydınlıq
üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdır. Bu
il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyari, yəni xərc
hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230
manat- 800 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ
olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım ala bilir.
Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn
ildən 1350 manata yüksəlir (5 nəfər X 270 manat) və nəticədə həmin ailənin gəliri
dəyişmədiyi halda aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat-
800 manat) olur.
Minimum
əmək haqqına gəldikdə isə, bu artımlar isə büdcə paketi ilə deyil, il ərzində
ölkə Prezidentinin imzaladığı sərəncamlarla reallaşır. Son illər mütəmadi
olaraq minimum əməkhaqqıda artımlar həyata keçirilir. Bunlar isə vətəndaşların
sosial təminatının gücləndirilməsi baxımından vacib addımlardır. 2024-cü ildə
minimum əməkhaqqı məbləğinin fiskal gəlirlərimizdən asılı olacağı gözlənilir. Gələn ilin büdcəsində ümumi xərclərin 45%-ni
sosial xərclər təşkil etdiyindən sosial paketin genişlənmə imkanları yüksəkdir.
Mənbə:
https://bit.ly/3RIzSJT
P.S.
“Pensiya
nəvə böyütmək və nəsillərin davamlılığını qorumaq üçün verilən maaşdır”. - İ.V.
Stalin -
SSRİ-də
pensiya yaşı elmi olaraq insanın bioloji imkanları əsasında hesablanırdı. 55
yaşdan sonra qadın, 60 yaşdan sonra kişi cinsi hormonların ifrazının dayandırılması
səbəbindən işləyə bilməz. Yatağa getdikdən sonra bədən 8 saatlıq yuxudan sonra
artıq bərpa olunmur, 10-15 il davam edən bədənin tədricən balanssızlığı - bu
sağ qalma müddətidir. 60 yaşdan sonra insan hələ də yaşaya bilər, amma artıq
işləyə bilməz. Pensiya yaşının artırılması çoxlarını erkən məzara aparacaq…


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)