Əvvəlki illərdə
ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini
bitirə bilməyən şəxslər üçün 13 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il
tarixədək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil
haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcəkdir.
İmtahanda
iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri rayon üzrə Təhsil
sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər.
1.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə
(faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);
2.Şəxsiyyət
vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surəti;
3.3x4 ölçüdə
2 ədəd fotoşəkil;
4.Tam orta təhsil
səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak
üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında
attestatın (şəhadətnamənin) notarius tərəfindən təsdiq olunmuş surəti;
5.Əvvəl
oxuduğu təhsil müəssisəsindən təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş
arayış;
6.Ümumi orta
təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı
16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin
yaşı 18-dən aşağı olmamalıdır.
Müraciət edən şəxslər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.
Əlavə sualı
olan vətəndaşlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin
(+994) 10 5250925 əlaqə nömrəsi vasitəsi ilə məlumat ala bilərlər.
#EduAz
#ŞirvanSalyanRTİ #Eksternat
Mənbə: https://bit.ly/3QQj04Q


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)