9 Noyabr - Dövlət Bayrağı Günü

 

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - Azərbaycan Respublikasının rəsmi dövlət bayramıdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan ilk bayraq haqqında həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Lakin 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında yeni qərar qəbul edildi. https://axc.preslib.az/az/page/6HvLQhaeJq

5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev 18 noyabr 2009-cu ildə 9 noyabr tarixinin Dövlət Bayrağı günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Bayraq müqəddəsdir. BAYRAMIMIZ MÜBARƏK!

#9noyabr #BayraqQürurumuzdur


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.