Paşinyan Qarabağ sakinlərinə Ermənistana köçməyə icazə verib

 

MOSKVA, 22 sentyabr - RİA Novosti.

“Sputnik Ermənistan” baş nazir Nikol Paşinyana istinadən yazır ki, Dağlıq Qarabağ sakinləri (P.S.tərcüməçidən, Dağlıq Qarabağ anlayışı yodur) öz evlərində yaşamaq mümkün olmadıqda Ermənistana köçə bilərlər. “Vəziyyət yaxşılaşmasa, problem gündəmimizdə olacaq. Amma sizə bildirmək istəyirəm ki, hələ sentyabrın 19-da, aksiyaların başladığı gün mən baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışdım ki, Dağlıq Qarabağdan (P.S.tərcüməçidən, Dağlıq Qarabağ anlayışı yodur) insan axını baş verərsə, həmvətənlərə necə kömək etmək məsələsini hökumət tərəfdaşları ilə müzakirə etsin”. Bu sözləri N.Paşinyan hökumətin iclası zamanı söyləmişdir. Paşinyan onu da qeyd edib ki, bu addım əsas plan olmasa da, artıq 40 mindən çox yerləşmə yeri hazırlanıb, qida və dərmanla bağlı məsələlər həll olunub. Sentyabrın 19-da Azərbaycan konstitusiya quruluşunu bərpa etmək üçün Qarabağda hərbi əməliyyata başlayıb və bunu “yerli xarakterli antiterror tədbirləri” adlandırıb. İrəvan bunu təcavüz kimi səciyyələndirərək Qarabağda erməni birləşmələrinin olmadığını bildirib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə atəşkəs haqqında razılıq əldə olundu, atəşkəsin şərtləri arasında, xüsusən də Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi və ağır texnikanın Qarabağdan çıxarılması qeyd edildi. Sentyabrın 21-də Azərbaycanın Yevlax şəhərində, Stepanakertdən (P.S. tərcüməçidən, Xankəndindən) 100 kilometr şimal-şərqdə Qarabağ erməniləri nümayəndələrinin Azərbaycan nümayəndə heyəti ilə rayonun respublikaya inteqrasiyasına həsr olunmuş görüşü keçirilib.

Mənbə: https://news.mail.ru/politics/57925183/?frommail=1

Şəkil alıntıdır.

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.