Beynəlxalq konfrans başa çatdı

 

Bu mötəbər konfransda həmyerlimiz istedadlı tədqiqatçı jurnalist Böyükağa Mikayıllı da iştirak etmişdir.

B.Mikayıllı yazır: İsveçrənin Cenevrə şəhərində keçirilən “Müharibə dövründə uşaqların taleyi” mövzusunda beynəlxalq konfrans başa çatdı. Konfransda Polşadan, Yaponiyadan, Böyük Britaniyadan, Ukraynadan, Fransadan, Avstraliyadan, İsraildən, İsveçrədən, Tunisdən, Hollandiyadan, Çexiyadan təhsil mütəxəssisləri, məktəb və pedaqoji fikir tarixi tədqiqatçıları, müəllimlər, tələbələr iştirak edirdi. Konfransa əsas təşkilatçılar olan Polşanın BMT yanındakı daimi nümayəndəliyi, eləcə də mərkəzi ofisi Cenevrədə yerləşən Janusz Korczak Beynəlxalq Assosiasiyası və İsraildə fəaliyyət göstərən Janusz Korczak Beynəlxalq Təhsil Mərkəzi tərəfindən dəvət olunmuşdum. Konfransda maraqlı məruzələr, çıxışlar oldu. Janusz Korczakın pedaqoji irsinin tədqiqi istiqamətində dünyada aparılan işlərin hesabatları dinlənildi. Eləcə də dünyada uşaqların təlim-tərbiyəsi problemləri, müharibələrin uşaqların təhsilinə, mənəvi tərbiyəsinə, psixikasına təsiri məsələləri  təhlil olundu.

Mənbə:

https://www.facebook.com/boyukagamikayilli72/posts/pfbid0c8s2SZeD9erZFzF9yBuFUbcXHs83g166nBX9h98FVV1Hi4kKRvZLgaR2e7uErEDzl

 




Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.