Ümumi təhsil müəssisələrinin TƏMAYÜL siniflərinin 2023-2024-cü tədris ili üçün tədris planları və tədris planlarına dair qeydlər haqqında ƏMR

Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Ümumi təhsil müəssisələrinin təmayül siniflərində tədris prosesini təşkil etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:

1. Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2023-2024-cü tədris ili üçün tədris planları və tədris planlarına dair qeydlər (1-29 nömrəli əlavələr) təsdiq edilsin.

2. Elm və Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsi  (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.

3. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət Aparat rəhbəri Mətin Kərimliyə həvalə olunsun.

Emin ƏMRULLAYEV, Azərbaycan Respublikasının elm və təhsil naziri, 25 avqust 2023-cü il

3-29/3-2-526F/2023

Mənbə:

1.https://edu.gov.az/az/esas-senedler/umumi-tehsil-muessiselerinin-temayul-siniflerinin-2023-2024-cu-tedris-ili-ucun-tedris-planlarinin-tesdiqi-haqqinda-azerbaycan-respublikasi-elm-ve-tehs

2.https://edu.gov.az/uploads/emre-elave/2023/08/2023-24_tedris_plani-ve-qeydler.pdf

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.