Yer kürəsinin xətləri: bütün qədim abidələr ümumi bilik əsasında qurulmuşdur

 

Min illərdir ki, dünyada qədim sivilizasiyalar planetin tarixində öz heyrətamiz və sirli izlərini qoymuşdur. İzahata zidd olan superkütləli strukturlar tikməklə əcdadlarımız bizə hələ də həll edə bilmədiyimiz tapmacalar vermişdir. Bu gün biz minlərlə il əvvəl tikilmiş heyrətamiz abidələri heyranlıqla seyr edir və araşdırırıq. Ən mühüm tarixi suallara cavab verməyə çalışırıq: əvvəllər ibtidai hesab etdiyimiz sivilizasiyalar bütün bunları daşda dizayn edib təcəssüm etdirməyi necə bacarıblar? Ağırlığı yüz tona qədər olan nəhəng blokları necə daşımağı bacarıblar? Ən əsası - niyə bu qədər çox abidə yerin müxtəlif tərəflərində yerləşsə də, struktur baxımından bir-birinə bənzəyir?

Görəsən bütün bu qədim tikililər hansısa məqsədlə inşa olunubmu?  

Yer kürəsi canlı həyatın mövcud olduğu yeganə planet olmasından başqa, əlavə olaraq, bizim dünyamız bir çox başqa sirləri də özündə saxlayır. Saysız-hesabsız suallar bu günə qədər cavabsız qalmışdır. Bəlkə də indiyə qədər cavab verə bilmədiyimiz ən maraqlı sual budur: qədim abidələrin hansısa ali məqsədlə tikilməsi mümkündürmü? Bu heyrətamiz tikililər təsadüfən tikilməyib, bütün dünyada strateji baxımdan yerləşdirilmişlər? Bəzi meqalitlərin bir-birinə bağlı olduğunu heç düşünmüsünüzmü? Dünya xəritəsinə nəzər salıb qədim abidələrin yerləşdiyi yerlərə diqqət yetirsəniz, bəzi abidələrin düz xətlərlə asanlıqla birləşdirilə biləcəyini görərsiniz. Sanki qədim inşaatçılar daşda təcəssüm olunmuş mürəkkəb həndəsə və riyazi tənliklərdən istifadə edərək onsuz da heyrətamiz konstruksiyaları daha da sirli etmişlər. Bir çox alimlər Misir piramidaları niyə tikilib? - deyə bu suala cavab axtarıblar. Üstəlik, qədim misirlilərin bu nəhəng abidələri necə ucaltması sualına hələ də nöqtə qoya bilməmişlər. Qədim misirlilərin Böyük Giza piramidasını Yer kürəsinin tam mərkəzində necə yerləşdirməyi bacardıqlarını başa düşə bilməmişik. Bilirsinizmi ki, qurunun böyük hissəsini kəsən şərq/qərb paraleli və qurunun böyük hissəsini kəsən şimal/cənub meridianı planetin iki yerində birləşir: biri okeanda, digəri isə tam olaraq Böyük piramidada. Görəsən, uçmaq qabiliyyəti olmadan  bunu necə müəyyənləşdirmək mümkün olub? Qədim insanlar o dövrdə yerin necə göründüyünü bilmədən bunun öhdəsindən hansı yolla gəlmişlər? Piramidalar sadəcə bir-birinin üstünə yığılmış daş yığını deyil. Onlar bir neçə elmin heyrətamiz nailiyyətlərini təmsil edirlər: həndəsə, fizika və riyaziyyat, zamanın sınağından parlaq şəkildə keçmiş abidələrdə birləşir. Məsələn, Böyük Giza piramidasının çəkisi 5.955.000 ton olaraq qiymətləndirilir. Bunu 108-ə vursaq, Yerin kütləsini almış olarıq. Əgər biz bu gün Böyük Giza piramidasını yenidən yaratmağa çalışsaydıq, biliklərimizə və müasir avadanlıqlarımıza baxmayaraq, bunu etməkdə çox çətinlik çəkərdik. Təkcə bu fakt Giza piramidalarını əsl qədim möcüzəyə çevirir, əgər onların neçə min il əvvəl tikildiyini və o zaman  hər hansı tikinti texnikası olmamasını təsəvvürünüzə gətirin. Bilirik ki, müasir texnikanın heç biri o dövrdə olmamışdır. Biz inanılmaz tikililər layihələndirən və tikən qədim insana qiymət vermək istəmirik və onların çubuq və daşların köməyi ilə uğur qazandıqlarını inadla sübut etməyə çalışırıq. Yoxsa bəzi müəlliflərin təklif etdiyi kimi, onların qat-qat çox qabaqcıl texnologiyaları olmuşdur? Kiçik bir şans varmı ki, dünyadakı qədim mədəniyyətlər hansısa şəkildə ya qlobal şüurla, ya da onları vahid istiqamətə yönəltməyə kömək edən başqa bir qlobal fenomen vasitəsilə bağlanmışdır və nəticədə eyni görünən saysız-hesabsız qədim abidələr inşa edilmişdir. Bu, ümumi liderlik və koordinasiya ilə idarə olunan dünya miqyasında qlobal quruculuq prosesi ola bilərdimi? Sanki planetimizin müxtəlif yerlərindəki hər bir mədəniyyət piramidalar, Stounxenc, Teotiuakan və digər inanılmaz abidələri dəqiq müəyyən edilmiş yerlərdə yerləşdirməyə ehtiyac duyulmuşdur. Bu qədim sivilizasiyalar inanılmaz bir nümunələr yaratmışlar. Bir çox tədqiqatçılar qədim abidələrin hansısa səbəbdən bu ardıcıllıqla yerləşdirilməsinin mümkün olub-olmaması sualı üzərində düşünür. Onlardan bəziləri əmindirlər ki, cavabı meqalitik strukturların özlərində axtarmaq lazımdır, bu yolla gizli kodun harda gizləndiyini və uzaq keçmişdə dünyaya səpələnmiş inanılmaz tikililəri necə, niyə və kimin tikdiyi izah edilə bilər. Qədim sivilizasiyaları, onların tarixini, mədəniyyətini nə qədər çox araşdırsaq, növümüzün keçmişi ilə bağlı nə qədər səhv etdiyimizi bir o qədər hiss edərik. Nə qədər çox tapsaq, nə qədər az bildiyimizi bir o qədər dərk edərik. Bəlkə qədim misirlilər piramidaları ümumiyyətlə təsadüfi yerləşdirməyiblər və onların bütün tikinti layihələri - piramidalar, məbədlər və türbələr konkret coğrafi nöqtələrə bağlıdır? Tamamilə mümkündür ki, dünyadakı digər sivilizasiyalar da belə inşa edilmişdir. İstər Amerikada olsun, istərsə də Asiyada hər şey hansısa naməlum, tək, razılaşdırılmış plana uyğun qurulmuşdur.

Qlobal “Yer şəbəkəsi”

Tədqiqatçılar müqəddəs strukturlarla planetin elektromaqnit enerjisinin toplandığı Yer kürəsinin yüksək yüklü bölgələri arasında əlaqə aşkar ediblər. Nədənsə bu yerlər qədim insanlar üçün böyük əhəmiyyət kəsb etmişdir. Bəs qədim insanlar bu coğrafi nöqtələri necə öyrənmişlər? Astronavt nəzəriyyəçiləri “Dünya şəbəkəsi” və ya “Yer şəbəkəsi”nə işarə etmişlər. Bu nəzəriyyə bildirir ki, dünyanın hər yerində qədim sivilizasiyalar qəsdən öz abidələrini enerji xətləri üzərində qurublar. Onlar xəritələndikdə və birləşdirildikdə təsir edici nümunə yaradır, sanki birləşdikdə bir növ enerji şəbəkəsi əmələ gətirirlər. “Yer Şəbəkəsi”nin bütün ideyası planetimizin enerjinin müəyyən qovşaqlardan axdığı nəhəng bir kristal kimi olmasıdır. Enerji axınları kəsişir və dünya ətrafında hərəkət edir. Əslində, hələ astronav nəzəriyyəsi ortaya çıxmamışdan əvvəl qədim yunan filosofu Platon Yer kürəsində bu cür yerləri müəyyən etmək üçün ilk addımlar atmışdı. Platon, Yerin əsas quruluşunun indi “Platonik Bərk Cismlər” kimi tanınan həndəsi fiqurlardan yarandığını ilk irəli sürənlərdən biri idi. Filosofun fikirləri son dərəcə maraqlı idi, çünki o, Yerin 12 beşbucaqlı üzdən və səthdəki 20 burulğandan ibarət olduğunu təsvir etmişdir. Hamısını götürəndə, onlara yapışdıranda, xəritəyə gedib işarələyəndə başa düşülür ki, onların arasında həndəsi formasiyalar-Yer xətləri yaranır. Hər şey biri-biri ilə əlaqəli olur.

Platonun “Dünya ruhu”

Əslində Platon, 120 bərabər eyni üçbucaqdan ibarət kürə kimi təsvir etdiyi müəyyən bir “Dünya ruhu”nun olduğunu bildirmişdir. Bu gün bəzi tədqiqatçılar və elm adamları bunun həqiqətən Yerə tətbiq oluna biləcəyinə inanırlar. Bu nümunələrdə gizli bir enerji mənbəyinin gizlənməsi mümkündürmü? Qədim sivilizasiyalara öz abidələrini qurmağa kömək edə biləcək hansısa texnologiya forması olmuşdurmu? “Yer şəbəkəsi”nin həqiqətən mövcud olduğu artıq sübut edilmişdir, lakin biz onun enerjisindən qədim insanlar kimi istifadə edə bilərikmi? Qabaqcıl elm və texnologiyamız sayəsində bu gün biz planetimizdə mövcud olan elektromaqnit sahəsi və müəyyən enerjilərdən xəbərdarıq. Bəs minlərlə il əvvəl qədim inşaatçılar bunu necə bilə bilmişlər? Əgər onlar müəyyən tezliklər və enerjilər haqqında bilirdilərsə, o zaman bu enerjilərin sonrakı istifadəsini nəzərə alaraq, həqiqətənmi möhtəşəm abidələr tikiblər?

Nəticə

Bu gün gördüklərimiz bir zamanlar qədim sivilizasiyalarda mövcud olan ali biliyin sübutudur. Belə çıxır ki, qədim insanlar tikintini harda tikəcəklərini və enerji şəbəkəsinə necə qoşulacaqlarını bilirmişlər. Bir çox qədim mədəniyyətlər öz abidələrini konkret, planlaşdırılmış yerlərdə yerləşdirməklə, enerjinin axacağına  inanırdılar. Bu, bizə məlum olan demək olar ki, bütün qədim mədəniyyətlərdə tətbiq edilmişdir. Mayyalardan, Qədim misirlilərdən tutmuş, Mesopotamiya və Asiya sivilizasiyalarına qədər. Buna görə də, çox güman ki, qədim tikililər qlobal şəbəkənin bir hissəsi kimi dizayn edilmiş və tikilmişdir. Bəlkə də bu, təkcə planetimizə münasibətdə deyil, qlobal şəbəkə daha böyük ola bilər və Yer kürəsindən kənara çıxır.

Mənbə: https://bit.ly/3XenHXH

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:

https://multiurok.ru/files/yer-kur-sinin-x-tl-ri-butun-q-dim-abid-l-r-umumi-b.html

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.