Sertifikasiya
(lat. “certum” - “doğru”, lat. “facere” -“etmək, düzəltmək”) deməkdir. Sertifikasiya
sertifikasiyanı həyata keçirən orqan tərəfindən obyektlərin texniki reqlamentlərin
tələblərinə, standartların müqavilə şərtlərinə uyğunluğunun təsdiqidir.
Sertifikasiya adı altında həmçinin sertifikat alınması proseduru da başa
düşülür.
Təhsilverənlərin sertifikatlaşdırması iki
mərhələdən - test və müsahibədən ibarətdir. Sertifikasiyanın test imtahanı
zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50
ixtisas, 10 metodika) cavab verməlidirlər. Hər sualın düz cavabı 1 bal qiymətləndirlir.
Səhv cavablandırılan suallar toplanan baldan çıxılmır. Test mərhələsində azı 30
bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə
buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt
ayrılır. Müsahibə mərhələsi müəyyən edilmiş meyarlar əsasında maksimum 40
(qırx) balla qiymətləndirilir. Müsahibə zamanı müəllimlərin aşağıdakı
bacarıqları yoxlanılır:
-
mövzunu təqdimetmə bacarığı;
-
təhsilalanları qiymətləndirmə bacarığı;
-
özünü təqdimetmə bacarığı;
-
pedaqoji prosesi təşkiletmə bacarığı;
-
ünsiyyət bacarığı.
Hər
bir meyar 4 ballıq şkala əsasında ölçülür. Müsahibə mərhələsində azı 20 bal
toplamış təhsilverənlər bu mərhələdən keçmiş hesab edilirlər.
Sertifikatlaşdırmanın
test imtahanı mərhələsində keçid balını toplamayan şəxslər təkrar
sertifikatlaşdırmada iştirak etməlidir. Test mərhələsində 51-60 bal toplayan müəllimlərin
maaşı 35 faiz, 30-50 bal toplayanların maaşı isə 10 faiz artırılacaq.
(P.S.
Ötən il sertifikatlaşdırmadan keçmiş 3164 təhsilverənin vəzifə maaşına 35 faiz,
5624 təhsilverənin maaşına isə 10 faiz əlavə ödənilir).
Hazırladı:
Əsədov
Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).