Mixael Laytman yazır:
Əbədi
yaşamaq mümkündürmü?
Yetkinlik dövründə insan vaxtın məhdud olduğunu getdikcə
daha kəskin hiss edir. Geriyə baxır və həyatında nə qədər iş görə bildiyini, nəyisə
dəyişmək üçün vaxtın qalıb-qalmadığını təhlil edir. Sosioloji araşdırmalara görə,
65 yaşından etibarən insanlar gələcəklə bağlı narahatlığı dayandırır və keçmiş
həyatlarının xatirələrinə daha çox aludə olurlar. Bu, gələcək qorxusu, bilinməyən
ölüm, varlığımızın müvəqqətiliyi ilə bağlıdır. Zaman bizim üçün çox vacib bir
anlayışdır. Uşaqlıqda o qədər də kəskin hiss olunmur, amma insan yaşlandıqca,
böyüdükcə onun üçün zamanın əhəmiyyəti artır.
Zaman
bizim əsas polisimizdir
Uşaq böyüyür və ətraf mühitlə əlaqəsindən tədricən
zamanın nə olduğunu anlamağa başlayır. Uşaqlarda böyük bir zaman hissi yoxdur,
lakin ətraf mühit onlara təzyiq edir və onları müəyyən zaman çərçivəsinə salır.
Vaxtında durmaq, vaxtında yemək, müəyyən vaxtda məktəbə getmək, qayıtmaq,
yatmaq lazımdır. Uşaq bu məhdudiyyətləri istəmir, lakin tədricən onları qəbul
etməli olur. Beləliklə, biz daim zamanın məngənəsində olmağa alışırıq. Sonra
öyrənmə, işləmək başlayır, bu da bizi daha çox zaman çərçivəsinə salır. Biz ailə
qururuq və üzərimizə daha böyük məsuliyyət
götürürük. Nəticədə zaman ağır yük kimi üzərimizə düşür və bizi özünə tabe
edir. Bu hal, bizim bir çox müxtəlif öhdəliklərlə bağlı vaxtımızı hiss
etdiyimiz zamandan pensiya yaşına qədər davam edir. Zaman bizdən daim təslim
olmağı tələb edən əsas polisimizdir və biz ona tabe olmağa borcluyuq. Zaman
baxımından bizi qınamaq ehtimalı həmişə var: “Bu qədər vaxtı harada idin? Nə
vaxt gələcəksən?”. Artıq uşaqlıq dövründə insan vaxtın məhdud olduğunu hiss
edir. Uşaq zaman çərçivəsində özünü hiss
etmək istəmir, lakin ondan daim zamanın içində olmaq və ona uyğun çalışmaq tələb
olunur. Uşaq üçün bu, problemdir və zamanla müharibə aparır. Oynamaq istəyir, indidən
zamanın məngənəsində olmaq istəmir. Yetkin bir insan zamanla mübarizə aparmağın
faydasız olduğunu başa düşməyə başlayır. Ona ayrılan vaxtda maksimum uğur
qazanmağa çalışaraq zamanla birlikdə “qaçmağa” başlayır. O, əldə etdiyi nailiyyətləri
qiymətləndirir və özünü yaşıdlarına nisbətən nə qədər uğur qazanıb adlı
meyarına görə başqaları ilə müqayisə edir. Biz daima bu cür rəqabətdəyik. Beləliklə,
zaman bizi öz toruna salır və çiyinlərimizə ağır bir yük qoyur, mahiyyətcə bizi
öz quluna çevirir. Ancaq 50 yaşdan sonra insan bir az darıxmağa başlayır. Onun
artıq möhtəşəm planları yoxdur. Tədricən onun planları getdikcə daha təvazökar
olur və o başa düşür ki, tarazlıq lazımdır, həyatdan çox şey tələb etmək olmaz.
Özünü getdikcə daha məhdud hiss edir. Artıq zamana qarşı mübarizə apara bilmir
və bu vaxtı doldurmaq qabiliyyəti də kifayət qədər məhdudlaşır. Buna görə də o,
ailəsi ilə, uşaqlarla daha çox vaxt keçirməyə, daha çox istirahətə, səyahətə
üstünlük verir. Zaman anlayışı onun üçün hər zaman içində özünü nə qədər xoş və
rahat hiss etməsi baxımından önəmli olur. O, əvvəlki kimi gələcəklə deyil,
indiki zamanla daha çox yaşamağa başlayır. Ona görə də yaşlı insanlar uşaq kimi
bir şeyə çevrilirlər. Axı uşaqlar da indiki zamanla yaşayırlar.
Ölüm
qorxusu ilə yaşamaq
Qocalıq yaxınlaşdıqca insan nə vaxtsa həyatının bitəcəyindən
narahat olmağa başlayır, yəni ömrünün sonunu getdikcə daha çox düşünür. Bəzi
insanlar uşaqlıqda bu barədə düşünməyə başlayır və ölümün qaçılmaz boyunduruğu
altında yaşayırlar. Nəticədə ya depressiyaya düşür, ya da əksinə, başqalarının
gözündə əbədiyyət qazanmaq üçün uğur qazanmaq arzusu ilə alışıb-yanırlar. Onlar
ümid edirlər ki, o zaman ölüm onların şəxsiyyətinə deyil, yalnız maddi həyatlarına
təsir edəcək. Belələri Makedoniyalı İskəndər, Arximed və başqaları kimi bəşəriyyət
tarixində nəzərəçarpacaq iz qoyan böyük insanlardır. Bunlar görkəmli
hökmdarlar, dünyagörüşümüzü və insan cəmiyyətini dəyişdirən böyük kəşflər etmiş
məşhur alimlərdir. Biz bu insanları xatırlayırıq, onların tərcümeyi-hallarını
öyrənirik. Tarixçilər onlar haqqında məlumatları nəsildən-nəslə ötürürlər. Bu
böyük şəxsiyyətlər tarixin oxundakı mərhələlər kimidir. Əslində tarixi vaxtı,
illərlə deyil, belə xüsusi insanlarla yad edirik. Əbəs yerə demirlər ki, “Bu, Yuli Sezarın zamanında olub” və s. və il.
İnsan başa düşür ki, bəşər cəmiyyəti üçün həlledici olan zamanın özü deyil, o
dövrdə tarixdə xüsusi rol oynamış insanlardır. Buna görə də onun əbədiyyətə
qovuşmaq, insan cəmiyyətinin sütunlarının toplandığı panteona daxil olmaq ehtiyacı var. Elə insanlar var ki, gənclik illərindən
bütün ömrü boyu bunun üçün çalışırlar, hətta bəziləri tarixdə iz buraxmağı
bacarır. Böyük şəxsiyyətlərdən yox, adi insanlardan danışırıqsa, qocalıqda
insan həyatın tezliklə bitəcəyini hiss edir. Baxmayaraq ki, müasir təbabətin
üsulları tezliklə bir insanın ömrünü əhəmiyyətli dərəcədə uzada bilsə də, onu
necə və hansı üsullarla uzatmağından asılı olmayaraq (200, 300 və hətta 500 ilə
qədər) yenə də nə vaxtsa bu ömür bitəcək. Söhbət illərin sayından getmir. Keçən
yüzilliklərdə orta hesabla bir insan otuz ildən çox yaşamırdı və son 200 il ərzində, əksəriyyət yalnız qırx
yaşa qədər yaşayırdı. Puşkinin Karmazin haqqında yazdığını xatırlayın: “Otuz
yaşına yaxın bir qoca otağa girdi”. Bu gün biz iki dəfə çox yaşayırıq, amma
ölüm qorxusu problemi qalmaqdadır. Axı bu, insanın inkişaf səviyyəsindən
asılıdır. İnsan nə qədər inkişaf edərsə, o qədər də ölüm məsələsi onu narahat
edir. Bir vaxtlar insan canının heç bir dəyəri yox idi və yüz min qoşun göndərmək
olardı ki, hamısı bir gündə döyüşə girsin. Amma bu gün hər bir insan həyatı çox
dəyərlidir. Yer üzündə bir milyard əvəzinə 8 milyard insan olmasına baxmayaraq,
bəşəriyyət insanların əvəzinə maşınların döyüşməsi üçün çoxlu səy və pul sərf edir.
Bu, hər bir insanın yaşaması və ölümünün bizim üçün böyük əhəmiyyətə malik
olduğunu göstərir. Bizim dövrümüzdə Qədim Romada olduğu kimi camaatın əylənməsi
üçün qladiator kimi döyüşə adam göndərmək mümkün deyil. Baxmayaraq ki, Amerikada
cəmi 200 il əvvəl köləlik mövcud idi və köləni döymək, sahibinin onunla istədiyi
hər şeyi etmək olardı.
Son
nəfəsə qədər
Ölümün hər şeyin sonu olduğunu düşünsək, ölməkdən
qorxmayan insan yoxdur. Yalnız heyvanlarda ölüm qorxusu olmur . Onlarda zərər
verə biləcək şeylərə qarşı instinktiv özünümüdafiə qabiliyyəti var. İnsanlar isə
ölümdən qorxurlar, çünki təxəyyülləri, hissləri var. Onlar özlərinin və digər
insanların başına gələnlərdən dərs alırlar və buna görə də həyatda ölüm
olduğunu bilirlər. Görürlər ki, dünən adam sağ idi, bu gün isə öldü, ondan
cansız bədəndən başqa heç nə qalmadı. Yalnız onu dəfn etmək qalır və başa
düşürük ki, bir gün bizim də başımıza belə bir iş gələcək. Həyat itkisini hiss
etmək unikal bir təcrübədir. Bir tərəfdən, lazım gələrsə, ölə biləcəyimiz döyüşə
getməyə borcluyuq. Amma bu halda bizim ölüm qorxumuza qalib gəlmək imkanımız
var. Biz kosmosa uçuruq və müxtəlif təhlükəli vəziyyətlərdə həyatımızı riskə
atırıq, lakin məcbur olduğumuz üçün deyil, bir növ daxili iradə səbəbindən bunu
edirik. Həyatla ölüm astanasında olmağın xüsusi bir cazibəsi var. Bu, məlum
psixoloji hadisədir. Amma qocalıqda ölüm insanda çox qorxu, ümidsizlik, acizlik
hissi yaradır. İnsan bu qorxunu boğmağa
çalışır və onun genişlənməsinə imkan vermir ki, bu da insanların arasında, həyatın
çətinliklərində yaşamağa kömək edir. Ona görə də qoca üçün edə biləcəyimiz ən
pis iş onu qocalar evinə, onun kimi qocaların qapalı cəmiyyətinə yerləşdirməkdir.
Düşünürük ki, bu yaxşıdır və onun üçün orada daha rahat olacaq. Amma heç kimə
yaxşı deyil. Yaşlı insan adi cəmiyyətdə, gənc və yetkin insanlar arasında
olmalıdır. Yaşlıları bir yerə toplamaqla isə orada nə qədər yaxşı tibbi xidmət
göstərilsə də, onlara ancaq ziyan vurmuş oluruq. İnsanın son günə qədər gücü
çatdığı qədər işləməsi, cəmiyyətə fayda verməsi çox arzu olunandır. Ola bilsin
ki, o, yeriyə bilmir, ancaq otura bilir, amma eyni zamanda hansısa bir mümkün işi görə bilər. Bunun üçün ona təşəkkür
edəcəklər və o, təqdir olunduğunu biləcək. Son gününə qədər sevinc dolu bir həyat
sürməyə davam edəcəkdir. İnsan ömrünün son saniyəsinə kimi hiss etməlidir ki, cəmiyyətə
xeyir verir. Mən onsuz da demək olar ki, heç nə görməyən, eşitməyən və
qavramayan, tamamilə iş bacarmayan insanları nəzərdə tutmuram. Amma nə qədər
ki, insanın gücü məhdud olsa da, müəyyən faydalar verə bilər. Xüsusən də belə insanlar gənclərdən ibarət hər hansı komandaya
qoşularsa bu daha faydalı olar. Bu yolla təkcə özünə deyil, digərlərinə də fayda
verəcəkdir. Axı belə yaşlı insanların gənc nəsildə olmayan həyat təcrübəsi var.
Əbədi
yaşamaq mümkündürmü?
“Gənclik bilsəydi, qocalıq bilsəydi” - bu məşhur
deyimin dərin mənası var. Həqiqətən də gənclər yaşlı nəslin sahib olduğu təcrübəyə
malik deyil. Gənc isə yaşlı adamdan həyata fərqli münasibət öyrənə bilər. Yəni
indi onun üçün vacib görünən şeylərin əslində tamamilə əhəmiyyətsiz olduğunu
başa düşmək və onun həyatı yalnız əbədiyyətdə iz buraxmağa imkan verəcək şeylərlə
dolu olmalıdır. Özümüzü ən yaxşı şəkildə ifadə edə biləcəyimiz və qonşumuza
yeni bir hədiyyə ruhu ilə dolu bu vəziyyətdə qala bilərik. Eqoist qəbulla biz
bunu edib ölə bilmərik ki, bizdən heç nə qalmasın. Amma ruhi ehsanda başqaları
ilə birləşsək, o zaman öz-özünə hərəkət edən və başqalarından alınmağa ehtiyacı
olmayan əbədi bir güc əldə edərik. Ona görə də bu qüvvə hər zaman işləyir. Əgər
bütün kainatı dolduran bu ruhi ehsan və sevgi qüvvəsinə qoşulsaq və onunla
birlikdə hərəkət etsək, bu qüvvəni artırarıq. Beləliklə, insan bu qüvvənin sahəsini
işə salır və orada yaşamağa başlayır. Bunun üçün nə lazımdır? Sadəcə psixoloji
qavrayışınızı dəyişdirin. İndi nə qədər aldığınızdan asılı olaraq özünüzü yaşayan
və mövcud kimi qəbul edin. Yaşlandıqca eqoist güclərim zəifləyir, əriyir, tədricən
istəklərimi tamamilə itirirəm. Yəni mənim
istehlak gücüm ölür, getdikcə azalır, tamamilə yox olur. Ölüm dediyimiz budur.
Amma mən özümdə ruhi ehsan və sevgi gücünü inkişaf etdirsəm, o zaman ölümü hiss
etməyəcəyəm. Mən görəcəyəm ki, bəxşiş qüvvəsi dünyanı necə doldurur və mən də
yeni istəyimlə bu qüvvəyə qoşulub ona güc əlavə edirəm. Bu ruhi ehsan qüvvəsinin
mənim vasitəmlə açılmasına icazə verdim və sanki yeni bir bədənə sahib oldum. Əslində,
mən yeni bir mənəvi həyat qazanıram - bədən deyil! Bu, mənim heyvani bədənimdir
və hiss edirəm ki, əvvəllər bir ruhla, eqoist ruhla yaşayırdım, indi isə tamam
başqa bir ruhla, ehsan ruhu ilə yaşayıram.
Bu ehsan ruhu ilə mən ölümə tabe deyiləm.
Bu ehsan
ruhu insanın ətrafındakı bütün insanlara münasibətdə özünü göstərir və buna görə
də onu cəmiyyətin çox faydalı bir üzvünə çevirir. Artıq ömrünün sonuna yaxın
hiss edən təqaüd yaşında olan insanları toplayıb, onlara necə əbədi ola biləcəklərini
izah edə bilərsiniz. Biz bu fiziki bədənlə birlikdə həyatımızı bitirmirik,
çünki biz özümüzü onunla eyniləşdirmirik, lakin eqoist qəbul əvəzinə yeni bir “mənəvi
bədən” bəxşiş qazanırıq. Gənclərə isə əvvəldən öyrətmək lazımdır ki, 30 yaşa qədər
yüksəlişlə yaşamaq, sonra eniş və ölüm yaşamaq əvəzinə, bu həyatı heç vaxt bitməyən
davamlı yüksəliş etmək üçün istifadə etmək lazımdır!
Mənbə:
https://www.michaellaitman.com/ru/articles/mozhno-li-zhit-vechno/
Rus
dilindən tərcümə:
Əsədov
Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).
Məqaləni
aşağıdakı link vasitəsi ilə də oxuya bilərsiniz:
https://multiurok.ru/files/b-di-yasamaq-mumkundurmu.html