Müəllimin fəaliyyət planları: (Məktəbşünaslıq)

 

Hər bir müəllimin aşağıda qeyd etdiyim sənədləri olmalıdır. Məktəb rəhbərliyi və Təhsil İdarəetmə Orqanları onları müəllimdən tələb edə bilərlər. Lakin bu sənədləri dərs ili bitəndən sonra kimsə müəllimdən tələb edə bilməz. Çünki bu sənədlər məktəbin rəsmi sənədləri sırasında deyil və yalnız müəllimin fəaliyyət göstərməsi üçün zəruri olan şəxsi sənədləşmələrdir.

Müəllimin iş palnı:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (Kurikulumları)adlı sənədin ümumi təhsilin idarə olunması bölməsində “Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir” bəndi özünə yer alır. Bu o deməkdir ki, məktəbin bütün məsuliyyəti onun bütün əməkdaşlarının arasında, o cümlədən müəllimlər arasında bölünməli və məktəb bir kollektiv kimi fəaliyyət göstərməlidir. Məhz buna görə hər bir müəllim Pedoqoji Şurada təsdiq olunan məktəbin ümumi fəaliyyət planına uyğun olaraq özü üçün fərdi müəllimin fəaliyyət planı tərtib etməli və onu il ərzində icra etməlidir. Çünki məktəbin ali idarəetmə orqanı Pedoqoji Şuradır və direktor da daxil olmaqla bütün işçilər bu orqanın qərarlarını sözsüz ictra etməlidirlər. Direktor məktəbin illik fəaliyyət planına uyğun görüləcək işləri ilk növbədə müəllimlər arasında bölməlidir. Müəllimlər də buna uyğun olaraq fənlər üzrə biliklərin monitorinqi, şagirdi olimpiadaya hazırlaşdırmaq, fənnini zəif oxuyan şagirdlərin müəyyən edilməsi,valideynlərlə əlaqə yaratmaq, məktəbdə növbətçilik, müəyyən tədbirləri keçirtmək, fənninə uyğun disput, konfrans, fənn gecələri, divar qəzeti, məktəbdaxili bilik yarışı, fənnə aid aylıqlar, nümunəvi dərslər və s. bu kimi işlərin görülməsini fəaliyyət planında qeyd etməli və mütəmadi Pedoqoji Şura qarşısnda hesabat verməlidirlər.

1. Müəllim dərsini deyib məktəbi tərk edə bilər və ya müəllimdən dərsdən sonra başqa bir şey tələb etmək olmaz fikri kökündən yanlışdır. Belə olsaydı məktəblilərin tətil günləri müəllimlər üçün iş günü sayılmaz və məktəblər bu vaxt fəaliyyət göstərməzdilər.

2. Müəllimin perspektiv və cari (gündəlik) iş planları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Ümumi təhsilin Konsepsiyası(Milli Kurikulumu) adlı rəsmi sənədin Fənn Kurikulumlarının strukturu fəslinin təlim strategiyaları hissəsində müəlimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr bölməsi özünə yer alıb. Hər bir müəllim öz tədris və təlim fəaliyyətini bu sənəd əsasında qurmalıdır. Buna uyğun olaraq Təhsil Nazirliyi fənlər üzrə Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fənn üzrə Təhsil Proqramı (Kurikulumu) adlanan nümunəvi metodik vəsait hazırlayıb. Həmin vəsaitdə Perspektiv və cari (gündəlik) planlaşdırma nümunələrinin formaları özünə yer alıb. Dərslik müəllifləri də məhz bu sənədə uyğun olaraq müəllim üçün metodik vəsaitdə müəllimə dəstək üçün illik və gündəlik dərs planlaşdırması nümunələri verməyə cəhd ediblər. Buna uyğun olaraq hər bir müəllimin fəaliyyətini illik və gündəlik planlaşdırılmasını yazmağa borcludur. Bu sənəd və metodik tövsiyələrə görə Perspektiv planlaşdırma tərtib etmək hansı tələbdədirsə eləcə də cari (gündəlik)planlaşdırma yazmaq o tələbdədir. Yəni perspektiv planlaşdırma yazmaq necə lazımlıdrsa, eyni dərəcədə də cari (gündəlik) planlaşdırma yazmaq bu cür lazımlıdır. Bəzi məktəblərdə müəllimlərdən hər il cari və perespektiv iş planlarını təkrar yazmaq tələb olunur. Bu düzgün deyil. Əgər tutalım ki, müəllim bir sinif üçün bu planı yazıbsa niyə gələn il təkrar bu planı yazmalıdır? Dünya ölkələrində bu planlar yazılarkən “dəftər”də boş yerlər saxlanılır ki, gələn il müəllim təcrübəsinə uyğun ora əlavələr edə bilsin. Dərs zamanı plandan kənar və dərsin keyfiyyətinə müsbət təsir edən hallar da, bu planlara əlavə edilir və ya laımsız yerlərin üstündən xətt çəkilir ki, planlar daha müəkkəmməl olsun. İllər ərzində bu planlaşma “dəftəri” gözəl bir metodik vəsaitə çevrilir. Hətta dərslik müəllifləri belə bu cür təcrübəli müəllimlərin Cari(gündəlik) və Perspektiv (illik) planlşamalarından metodik kömək üçün istifadə edirlər. Dərs ilinin sonunda bu planları müəllimdən almaq və ya onları mütəmadi imzalamaq absurd bir şeydir. Çünki bunlar məktəb sənədlərinin siyahısına daxil deyil. Bu planlaşmalar müəllimin gələcək fəaliyyəti və növbəti illlərdə bu siniflərdə dərs aparması üçün zəruri bir vəsaitdir və müəllim onları heç kiməsə verməyə borclu deyil.

3. Dərnək və sinif rəhbərinin iş planları

Əgər müəllim eyni zamanda sinif və dərnək rəhbəridirsə buna uyğun da iş planı yazmalı və planın həyata keçirilməsi vəziyyəti barədə pedoqoji şura qarşısında mütəmadi hesabat verməlidir. Ümumiyyətlə müəllimin fəaliyyətinə onun hesabatına uyğun yalnız pedaoqji şura və ya attestasiya komissiyası qiymət verə bilər. Məktəb rəhbərinin hər hansı formada müəllimin fəaliyyətinə subyektiv müsbət və ya mənfi qiymətinin heç bir hüquqi əsası yoxdur. Çünki direktor özü pedoqoji şuranın sədri olsa da, o, da bu şura qarşısında hesabt verənlərdən birdir və onun özünə belə qiyməti Pedaqoji Şura verir.

Bəzi məktəblərdə cari (gündəlik) iş planı olmayan müəllimi məktəb rəhbərləri sinifə buraxmırlar. Məktəb rəhbəri kimdir ki, müəllimi sinifə buraxmır? Müəllimlər işlərində bu kimi qüsurlara yol verirsə, ona bu barədə şifahi xəbərdarlıq edilməlidir. Dərsə buraxmamaq anlayışı məktəbşünaslıqda yoxdur. Müəllim ya işçidir ya da işdən azad olunan...Dərsə buraxılmayıb dəhlizdə gəzişən hal heç bir qanunlarda yoxdur. ...

İstinad:https://multiurok.ru/files/mu-llimin-f-aliyy-t-planlari-m-kt-bsunasliq-1.html

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.