VII qrant müsabiqəsinə layihə qəbulu başa çatıb

 

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Müsabiqəyə “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 279, “Fərdi layihələr” kateqoriyası üzrə 1128 olmaqla ümumilikdə 1407 qrant layihəsi daxil olub. Bu göstərici ötən illə müqayisədə 28 faiz daha çoxdur. Müsabiqədə rayon və şəhərlərin təmsilolunma səviyyəsi 99 faizdir. Ən çox layihə təklifi ilə Bakı, Sumqayıt, Gəncə, İsmayıllı və Lənkəran ilk beşlikdə yer alıb. Qeyd edək ki, VII qrant müsabiqəsinin gedişatı ilə bağlı bütün məlumatlar Elm və Təhsil Nazirliyi tərəfindən açıqlanacaq. 

Mənbə: https://edu.gov.az/az/news-and-updates/19714-1


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.