(P.S. Meqalit
(yunanca μέγας - böyük, λίθος - daş) əsasən son Neolit və Eneolit dövrünə xas
olan nəhəng daşlardan hazırlanmış tikililər).
İtaliyanın
cənubunda, Roma şəhərindən şərqdə, Monte Velino dağının ətəyində Massa d'Albe
adlı kiçik bir şəhər var. Əhalisi cəmi
1500 nəfərdir. Min illər bundan əvvəl bu yer Alba Fuçens adlanırmış. Bu şəhərin
əsasının dağlıq bölgədə yaşayan güclü Eki qəbiləsi tərəfindən qoyulduğu deyilir.
Onlar burada e.ə. 295-ci ildə III Samnit müharibəsindən də çox əvvəl yaşayırdılar.
Qədim dövrlərdə Alba-Fuçensin əlverişli strateji mövqeyi onu bir neçə vətəndaş
müharibəsi zamanı düşməndən qoruyub. Bir vaxtlar səsli-küylü olan bu şəhər
sarasin hücumları zamanı dağıdılmışdır. Ancaq bu gün də burada o dövrün bir çox
qədim xarabalıqlarına, o cümlədən orta əsr qalasının qalıqlarına rast gəlmək
mümkündür. Xarabalıqların özü heyrətamizdir, lakin diqqətlə baxsanız, bu yerlər
üçün səciyyəvi olmayan və tamamilə valehedici bir şey görə bilərsiniz. Məhz,
İtaliya mənzərələri ilə deyil, Peru hinduları ilə əlaqələndirdiyimiz əsl qədim
meqalitik memarlıq abidəsinə rast gələcəksiniz. Qapıya bənzəyən, əslində yalnız
giriş qapılarının təqlidini yaradan açılışları olan olduqca mürəkkəb bir
memarlıq nümunəsini müqayisə etdikdə bu sizə Perudakı meqalitik binaları
xatırladacaq. Daşların oxşar abstrakt kəsilməsinə, girintilərin qalınlığına
diqqət yetirin. Bunu Ayakuço dağlarında deyil, Avropada planetin bu biri tərəfində
görmək çox qeyri-adidir. Tikinti texnologiyasının oxşarlığı insanı valeh edir. Doğrudan
da, rəsmi tarixə görə, o vaxtlar Avropada yaşayanların heç bir Amerikadan xəbəri
yox idi. Okeanın əks tərəfində yerləşən iki tamamilə fərqli mədəniyyətin
tikinti texnologiyalarında sadə, lakin demək olar ki, tam təsadüfən eyni
olmasına inanmaq tamamilə sadəlövhlük olardı. Bu meqalitlərin, kim bilir neçə
minillik yaşı vardır, yer üzündəki kataklizmlərə və müharibələrə tab gətirmişdir.
Onların bu günə qədər qalmaları o dövrün çox bacarıqlı mühəndislərinin
olduğundan xəbər verir.
Maraqlıdır
görəsən bu sirli meqalitləri inşa edənlər kimlər olmuşlar? Onlar bura haradan gəlmişlər
və hara getdilər?
Mənbə: http://bit.ly/43j81Vv
İstinad:
https://multiurok.ru/files/peru-v-italiyadaki-meqalitl-r-d-eyni-s-kild-tikilm.html
Hazırladı: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər
T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən
yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika
“Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə)
təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin
(2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik
vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin
üzvü