Sertifikasiya
ilə bağlı nə dəyişib? - Müəllimləri narahat edən suallara CAVAB – RƏSMİ
Sosial
şəbəkələrdə bir çox müəllim sertifikasiya prosesi ilə bağlı müxtəlif suallar
verir.
“Sertifikasiya
prosesinin 2-ci mərhələsindən keçid balını toplamayan təhsil işçiləri yenidən hər
iki mərhələdə iştirak etməlidir?”;
“Sertifikasiya
ilə bağlı qeydiyyatdan keçmək üçün hansısa portal var?";
"Bu
il prosesdə hansı dəyişiklik var?”...
AzEdu.az
bu sualları aydınlaşdırmaq üçün Elm və Təhsil Nazirliyinə müraciət edib:
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib
ki, bu il qaydalarda dəyişiklik edilməyib.
Sertifikatlaşdırma
iki mərhələdən yəni, test və müsahibə mərhələsindən ibarətdir. Sertifikasiyanın
test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60
suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər.
Hər
sualın düz cavabı 1 bal qiymətləndirlir. Səhv cavablandırılan suallar toplanan
baldan çıxılmır.
Test
mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə
mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə
vaxt ayrılır.
Müsahibə
mərhələsi müəyyən edilmiş meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir.
Müsahibə zamanı müəllimlərin aşağıdakı bacarıqları yoxlanılır:
-
mövzunu təqdimetmə bacarığı;
-
təhsilalanları qiymətləndirmə bacarığı;
-
özünü təqdimetmə bacarığı;
-
pedaqoji prosesi təşkiletmə bacarığı;
-
ünsiyyət bacarığı.
Hər
bir meyar 4 ballıq şkala əsasında ölçülür.
Müsahibə
mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab
edilirlər.
Sertifikatlaşdırmanın
test imtahanı mərhələsində keçid balını toplamayan şəxslər təkrar
sertifikatlaşdırmada iştirak etməlidir.
Test
imtahanında keçid balını toplayan, ancaq müsahibə mərhələsində uğur qazanmayan
şəxslər isə yenidən müsahibə mərhələsində iştirak etməlidir.
Qaydalara
görə, sertifikatlaşdırmanın keçirilmə yerini, vaxtını və ixtisasları Nazirlik
müəyyən edir və altsistemdə yerləşdirir.
Nazirliyin
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri altsistemdə
sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin
təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin
edirlər.
Qeydiyyatdan
keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin
şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt
ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları
(sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi
kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1
(bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən
edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən
şəxsən təqdim olunur.
Müsahibənin
nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və
təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi
kabinet”inə göndərilir.
Xatırladaq
ki, bu il ölkə üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin
sertifikasiyası həyata keçirləcək.
Sertifikasiya
qaydaları ilə daha ətraflı https://e-qanun.az/framework/44986 buradan
tanış ola bilərsiniz.