Reinteqrasiya
sözü (latınca; re-təkrar hərəkət və inteqratio- bərpa) vətəndaşlığa bərpa, vətəndaşlığını
itirmiş şəxsələri vətəndaşlığının bərpası deməkdir. Reinteqrasiya anlayışı sadələşdirilmiş
prosedurdan ibarətdir. Bu, vətəndaşlıq haqqında xüsusi qanunlarda və adi
qanunvericilik aktlarında nəzərdə tutula bilər. Sonuncu halda bir növ
naturalizasiya kimi qəbul edilə bilər. Lakin bir az fərqlidir. İnsanın özünü
güvəndə hiss etməsi üçün bir ailəsi, sabit iş və yaşayış yeri şəklində güclü
dayağa ehtiyacı vardır. Bəzən insanlar mənzil almaqdan daha ciddi problemlərlə,
yəni vətəndaşlığın itirilməsi ilə üzləşirlər. Bu gün reinteqrasiya haqqında söhbət açmaq istəyirəm.
Siyasi lüğətdə bu söz əvvəllər öz qüvvəsini itirmiş vətəndaşlığın bərpası deməkdir.
Keçmişin hadisələri üçün reinteqrasiya çox aktual bir prosesdir, lakin həmişə
müsbətdirmi demək heç də asan deyil. Müəyyən bir əraziyə bağlı olmayan
inanılmaz dərəcədə çox insan var, ekspertlərin fikrincə, onların sayı 15 milyon
nəfərə çata bilər. Əgər bu rəqəmi demoqrafik baxımdan müqayisə etsək, onda
pasportu olmayan insanlar özləri üçün
kiçik ölkə də tapa bilərdilər. Vəziyyət kifayət qədər ciddidir...
Vətəndaşlıq məfhumu hələ qədim Afina və
Romada tətbiq olunmuşdur. Burada vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə
isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu. Lakin sonrakı dövrlərdə burjua
inqilabları ərəfəsində bu anlayış yenidən istifadə olunmağa başlandı.
Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən
irəli gəlir. Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və
onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır. Vətəndaşla
dövlət arasındakı hüquqi əlaqə daimidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiləri, həm də vətəndaşları
müdafiə edir. Lakin vətəndaşları əcnəbilərdən onun dövlətlə siyasi əlaqəsinin
olması fərqləndirir. Əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Vətandaşlıq
dedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı
hüquq və vəzifələrində ifadə olunan daimi siyasi hüquqi əlaqə başa düşülür.
Dövlətin ilkin və mühüm vəzifələrindən birini Konstitusiyada nəzərdə tutulan şəxsiyyətin
konstitusion hüquqlarını və vəzifələrini qorumaqdan ibarətdir. Bu sahədə vətəndaşlıq
mühüm yer tutur. Vətəndaşlıq dedikdə, şəxsin müvafiq dövlətə hüquqi mənsubiyyəti
başa düşülür, yəni şəxsin dövlət tərəfindən Konstitusiya-hüquq münasibətlərinin
tamhüquqlu subyekti kimi tanınması nəinki öz ölkələrində, həmçinin xarici ölkələrdə
olduqda belə təsbit edir. Monarxiya quruluşu hökm sürən dövlətlərdə vətəndaşlıqdan
fərqli olaraq “təbəə” sözləri işlədilir ki, bu da monarxa qarşı şəxsi formal sədaqəti
ifadə edir. İdarəçilik formasından asılı olmayaraq hüquqi dövlətdə dövlətin
yuriadikasiyası bütün vətəndaşlara şamil edilməklə onlar qarşısında geniş
imkanlar açır. Konstitusiya və qanunlarda müəyyən olunan vəzifələr dövlət
yuriodikasiyasında öz əksini tapır. Eyni zamanda, vətəndaşlar dövlətə münasibətdə
bir sıra hüquqlara malikdirlər, ondan bu hüquqların müdafiəsini və qorunmasını
tələb edə bilərlər. Hər bir ölkədə insanların əksər çoxluğu üçün vətəndaşlığın
müəyyən olunması heç də mürəkkəb deyildir. Çünki, bu insanlar doğulduqları
andan etibarən müvafiq dövlətin vətəndaşları olub ömürləri boyu bu hüquqi vəziyyəti
daşıyırlar. Lakin müxtəlif səbəblər üzündən (milli münaqişələr, iqtisadiyyatın
beynəlmiləl olması və s.) əhali kütləsinin bir tərəfdən digər tərəfə miqrasiya
etməsi, bağlanılan nikahlar (müxtəlif dövlətlərin vətəndaşları arasında) bütün
bunlar vətəndaşlığın əldə edilməsi, bərpası və dəyişdirilməsi üçün problemlər
yaradır. Unitar idarəçilik forması olan dövlətlərdə vahid vətəndaşlıq
mövcuddur. Federativ quruluşlu dövlətlərin çoxunda şəxs həm federativ dövlətin,
həm də eyni zamanda federasiya subyektinin vətəndaşlığına mənsubdur. Bu şəxslərə
nəinki federal qanunlar, həm də federasiya subyektinin qəbul etdiyi qanunlar
şamil olunur. İstənilən dövlətdə elə insanlar yaşayır ki, onların statusu
çoxluğun statusundan fərqlənir. Bu insanları vətəndaşlığı olmayan, ya daxarici
vətəndaşlar kimi çağırırlar. Bəzi dövlətlərdə ikili vətəndaşlıq hökm sürür.
Azərbaycanda
vətəndaşlıq hüququ
Vətəndaşlıq hüququ Azərbaycan Respublikası
Konstitusiyasının 52-ci maddəsində təsbit olunmuşdur. Burada göstərilir ki, Azərbaycan
dövlətinə mənsub olan, onunla siyasi hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq
və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan
Respublikası ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarıdan
doğulmuş şəxs, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan
Respublikasının vətəndaşıdır. Eyni zamanda vətəndaşlıq hüququnun təminatı ilə əlaqədar
olaraq Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsində göstərilir
ki, Azərbaycan vətəndaşı heç bir halda, Azərbaycan Respublikası vətəndaşlığından
məhrum edilə bilməz, ikinci bir təminat heç bir halda Azərbaycan
Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
İkili
vətəndaşlıq
Bir sıra ölkələr vardır ki, onlarda ikili vətəndaşlıq
hökm sürür. Rusiya Federasiyası ikili vətəndaşlığı olan ölkədir. İkili vətəndaşlğın
yaranması nikahla bağlı meydana çıxır. Məsələn, qadın xarici vətəndaşla ailə
qurubsa, qanunla qadın və nikahdan doğulan uşaq da ərin mənsub olduğu ölkənin vətəndaşlığını
qəbul etməlidir. İkili vətəndaşlıqdan söhbət gedərkən həm hüquqlar, həm də vəzifələr
geniş xarakter daşıyır. Bu zaman ikili vətəndaşlığı olan şəxslər hər iki ölkədə
hüquq və azadlıqlara malik olub, hər iki dövlət qarşısında vəzifələr daşıyırlar
(vergiləri ödəmək, hərbi xidmət və s.). Rusiya öz vətəndaşlarına federal qanuna
və Rusiya ilə bağlanmış beynəlxalq müqavilələrə əsasən, ikilivətəndaşlıqda
olmaq imkanı verir. Bundan fərqli olaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında qanun”a əsasən yalnız Azərbaycan vətəndaşlığından danışılır.
Vətəndaşlıq
prinsipləri
Azərbaycan Respublikasında vətəndaşlıq
Konstitusiyada və qanunda müəyyən olunmuş prinsiplərə əsaslanır. Bu prinsiplərvətəndaşlıqla
bağlı münasibətləri tənzimləyən, qanunvericilikdə müəyyən olunan müddəalardır.
Azərbaycan Respublikasında vətəndaşlığının prinsiplərinə daxildir:
1.
Vətəndaşlığın müstəqil müəyyən olunması. Bu prinsipin mahiyyəti ondan ibarətdir
ki, şəxslər özləri öz vətəndaşlıqlarını müəyyən edirlər. Şəxs istənilən vaxt vətəndaşlıqdan
imtina edə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun”un V
maddəsinə görə aşağıdakı şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır:
1)
bu qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının qeydiyyatında olan
vətəndaşlar;
2)
1992-ci il yanvarın 1-dək vətəndaşlığı olmayan, lakin qeydiyyatda olan şəxslər.
Burada şərt var. Həmin şəxslər qanun qüvvəyə mindiyi gündən bir il müddətində
Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət
etsinlər;
3)
1988-ci ildən 1992-ci ilədək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar;
4)
Bu qanuna əsasən vətəndaşlıq əldə etmiş şəxslər.
2.
Vahid vətəndaşlıq prinsipi . Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan
Respublikası öz vətəndaşının digər dövlətlər arasında vətəndaşlıqdan irəli gələn
öhdəliklərini tanımır, amma digər dövlətlərin vətəndaşlığını əldə etmək
hüququnu tanıyır. Böyük dövlətlər çox vaxt ikili vətəndaşlıq prinsipini
tanıyır. Məsələn, Rusiya Federasiyasının vətəndaçlıq haqqında qanunvericiliyi
ikili vətəndaşlığı tanıyır. Amma o şərtlə ki, həmin dövlətlə Rusiya arasında
müqavilə bağlansın. Xırda dövlətlər isə ikili vətəndaşlığı tanımır. Çünki onlar
ehtiyat edirlər ki, bu, böyük dövlətlərin onların daxili işlərinə qarışmasına
imkan yarada bilər.
3.
Bərabər vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlığın
əldə edilməsi üsulundan və əldə olunması müddətindən asılı olmayaraq, bütün vətəndaşlar
bərabərhüquqludurlar.
4.
Vətəndaşlıqdan məhrumetmənin yolverilməzliyi prinsipi. Vətəndaşlıqdan məhrumetmə
əslində insan və vətəndaş hüquqlarının məhdudlaşdırılması deməkdir. SSRİ
dövründə cinayət törədən şəxs həm məhkum olunur, həm də vətəndaşlıqdan məhrum
edilirdi. Amma indi bu Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə
əsasən yolverilməzdir. Hazırda inkişaf ölkələrin bəzilərində vətəndaşlıqdan məhrumetməyə
yolverilir. Məsələn, Almaniyada anadangəlmə vətəndaşlıq yox, naturalizasiya
qaydasında vətəndaşlıq əldə edənlər vətəndaşlıqdan məhrum edilə bilər.
5.
Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisindən
qovulmasının və ya xarici dövlətə verilməsinin yolverilməzliyi. Bu prinsip vətəndaşın
dövlət hakimiyyətinin təzyiqindən qorunmasını ifadə edir. Heç kəs Azərbaycan
Respublikası vətəndaşını dövlət ərazisindən qova bilməz. Cinayət məcəlləsinin
53-cü maddəsinə görə xarici dövlət ərazisində cinayət törətmiş Azərbaycan
Respublikası vətəndaşı xarici dövlətə verilə bilməz.
6.
Azərbaycan Respublikasının hüdudarından kənarda yaşayan Azərbaycan Respublikası
vətəndaşlarına Azərbaycan Respublikasının himayəçilik prinsipi. Bu prinsip qismən
formal xarakter daşıyır. Çünki yalnız böyük dövlətlər bu imkana malikdirlər.
Faktiki olaraq, xırda dövlətlər böyük dövlətlər ərazisində yaşayan vətəndaşlarına
himayəçilik eləyə bilmir. Azərbaycan isə xarici dövlətdə öz vətəndaşının
hüquqlarının pozulması ilə əlaqədar həmin dövlətin Azərbaycan Respublikası ərazisində
yaşayan vətəndaşlarına qarşı adekvat tədbirlər görə bilər. Məsələn, xüsusi
rejim müəyyən edə bilər. Yaxud da bununla əlaqədar diplomatik vasitələrdən
istifadə edir, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarının yardımından
istifadə edir.
7.
Vətəndaşlığın saxlanması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxs Azərbaycan
Respublikasının hüdudlarından kənarda hansı müddətdə yaşamasından asılı
olmayaraq, Azərbaycan Respublikası vətəndaşlığını saxlayır.
8.
Vətəndaşlıqla bağlı beynəlxalq normaların üstünlüyü. Yəni Azərbaycan
Respublikası xarici dövlətlərlə vətəndaşlıqla əlaqədar müqavilələr bağlaya bilər.
Bu müqavilələrlə milli hüquq arasında ziddiyyət yaranarsa, beynəlxalq müqaviləyə
üstünlük verilir.
“Azərbaycan Respublikasınınvətəndaşlığı
haqqında qanun”a görə, Azərbaycan Respublikası vətəndaşlığı aşağıdakı
qaydalarla yaranır:
doğulduqda;
vətəndaşlığı
qəbul edildikdə;
beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hallar olduqda.
Vətəndaşlığın
əldə edilməsi yolları
Filiasiya
Filiasiya
- vətəndaşlığın anadangəlmə əldə edilməsidir. Burada iki prinsip var:
1)
ius sanquini- qan hüququ;
2)
ius soli- torpaq hüququ
Avropa
dövlətlərində ius sanquini əsas götürülür. Yəni burada vətəndaşlıq şəxsin mənşəyi
ilə əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşəndan doğulubsa həmin dövlətin
vətəndaşı sayılır. Bu prinsip Roma hüququndan qalıb. Belə ki, Qədim Romada vətəndaşlardan
törənən uşaqlar tamhüquqlu vətəndaş sayılırdılar. Hal -hazırda Avropa dövlətləri
ilə yanaşı, bəzi Asiya dövlətlərində də bu prinsipdən istifadə olunur. Azərbaycan
Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının
vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşədır. Deməli,
bizdə də ius sanquini əsas götürülür. Lakin Konstitusiya həmçinin ius solini vətəndaşlığın
əldə olunmasıüsulu kimi tanıyır. Latın Amerikası, Kanada, ABŞ və s. ölkələrdəisə
ius soli əsas prinsipdir.
Naturalizasiya
Naturalizasiya vətəndaşlığın şəxsi vəsadətlə
əldə edilməsidir. Bu, bir qədər mürəkkəb qaydadır. Burada müxtəlif şərtlər var
ki, onlara əsasən, şəxs dövlətin vətəndaşlığını əldə edir. Azərbaycan
Respublikasının vətəndaşlığını əldə etmək üçün şəxs:
ən
azı 5 il Azərbaycanda yaşamalı;
Azərbaycan
dilini bilməsi haqqında sənəd təqdim etməli;
Azərbaycan
dövlətinin mənafelərinə uyğun gəlməlidir.
Bu
şərtlərin nəzərdə tutulmasını müsbət qiymətləndirmək olar. Belə ki, 5 il Azərbaycanda
daimi yaşama şərti ona görə müsbət cəhətdir ki, bu müddət ərzində şəxs haqqında
kifayət qədər məlumat toplamaq olar. Azərbaycən dilini bilməsi də mühüm şərtdir.
Çünki həmin şəxs dili bilməzsə, dövlət vəzifələrini tuta bilməz. Ukraynada bu şərtlə
yanaşı qanunvericilikdən imtahan vermək də nəzərdə tutulub. Bu şərti məqsədəuyğun
hesab etmək olar. Çünki vətəndaşın qanunu bilməsi vacibdir və belə prinsip var
ki, qanunu bilməmək məsuliyyətdən azad etmir.
Optasiya
Optasiya
yaranmış ikili vətəndaşlıqdan birininin seçilməsidir. Optasiya bir şəxsin
yaranmış ikili vətəndaşlığını müəyyən edir.
Transfert
Transfert
ərazilər dəyişərkən, yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan
əhalinin vətəndaşlığının müəyyən olunmasıdır. Transfert hamıya aid edilir.
Vətəndaşlığın
bərpası (reinteqrasiya)
Yəni şəxs müəyyən səbəbdən öz vətəndaşlığını
itirib, sonra bərpa etmək istəyirsə, vətəndaşlıq bərpa olunur. Reinteqrasiya naturalizasiyaya
bənzəsə də irəli sürülən tələblərin sadəliyi ilə ondan fərqlənir.
Naturalizasiya yeni vətəndaşlığın əldə olunmasıdır. Reinteqrasiya isə itirilmiş
vətəndaşlığın bərpasıdır. Reinteqrasiya daha tez baş verir, şəxsin vəsadət
qaldırması əsas götürülür. Naturalizasiyada isə artıq qeyd etdiyimiz kimi müxtəlif
şərtlər var. Başqa ölkələrdə vətəndaşlığın müxtəlif əldə olunma üsulları var. Məsələn,
1992-ci ilə qədər Rusiya ərazisində yaşayan və işləyən şəxslər sonradan başqa
ölkənin vətəndaşlığını qəbul edibsə, səfirlik vasitəsilə əvvəlki vətəndaşlığını
bərpa edə bilərlər:
arvadı
Rusiya vətəndaşı olduqda;
valideynləri
keçmiş Rusiya vətəndaşı olduqda və şəxs Rusiyada ən azı 5 il yaşadıqda;
totalitar
dövrdə vətəndaşlıqdan məhrum edilmiş şəxs olduqda;
vətəndaşlığını
əvvəl qanunla itirmiş olduqda və s.
Vətəndaşlıq
aşağıdakı üsullarla xətm oluna bilər:
1)
vətəndaşlıqdan çıxma;
2)
vətəndaşlığı itirmə və s.
Vətəndaşlıqdan
çıxmaya denaturalizasiya da deyirlər. Bu zaman şəxs vətəndaşlıqdan çıxmaq barədə
vəsatət qaldırır və prezidentin sərəncamı ilə vətəndaşlıqdan çıxır. Bununla vətəndadşlıq
xətm olunur. Şəxs bu hərəkətlərinin səbəblərini göstərməlidir. Əgər şəxsin dövlət
və ya hərbi xidmətlə bağlı öhdəlikləri varsa, onun vəsatəti qəbul olunmur.
Bütün bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır. Əvvəlki
qaninvericilikdə vətəndaşlığın itirilməsinin aşağıdakı halları göstərilirdi.
1)
şəxs müvafiq orqanların xəbəri olmadan xarici ölkədə təhlükəsizlik, ədliyyə
naziri və s. vəzifələrdə çalışarsa;
2)
saxta sənəd olduqda;
3)
5 il müddətinə konsul qeydiyatından keçmədikdə.
Amma
indi bir hal var ki, o da vətəndaşlıq əldə olunarkən şəxsin bilə-bilə saxta sənəd
təqdim etməsidir. Qanunvericilikdə şəxsin ölümü vətəndaşlığın xitamı kimi göstərilmir.
Vətəndaşlığın
əldə olunması
Vətəndaşlıq haqqında qanunda vətəndaşlığın
əldə edilməsinin dörd əsası müəyyənləşdirilmişdir. Bu əsaslar aşağıdakılardan
ibarətdir:
1.
Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan vətəndaşından
doğulduqda;
2.
Respublika vətəndaşlığına qəbul edildikdə;
3.Beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş əsaslar olduqda;
4.
Vətəndaşlıq haqqında qanunda nəzərdə tutulmuş əsaslar olduqda.
Azərbaycan
Respublikası vətəndaşlığına mənsubiyyət aşağıdakı qaydada müəyyənləşdirilmişdir:
Vətəndaşlıq haqqında qanun qüvvəyə mindiyi günə kimi Azərbaycan Respublikasıvətəndaşlığında
olmuş şəxslər, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respubikasının və ya başqa
dövlətin vətəndaşı olmayan, lakin Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda
olan şəxslər, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan ərazisində
məskunlaşmış qaçqınlar və vətəndaşlıq haqqında qanuna müvafiq surətdə Azərbaycan
Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. 1988-ci ildən etibarən Azərbaycana
pənah gətirmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququna malikdirlər.
Həmin şəxslərə məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir.
Vətəndaşlıq haqqında qanunun 12-ci maddəsində göstərilir ki, vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan ərazisində doğulmuş uşağı Azərbaycan
Respublikasının vətəndaşıdır. Eyni hal valideynləri naməlum uşaqlara da şamil
edilir. Qanunla hər iki valideyni naməlum olanuşaq Azərbaycan Respublikasının vətəndaşıdır.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün aşağıdakı qaydalar mövcuddur.
Tələb olunur ki, Azərbaycan vətəndaşlığına qəbul olunmaq istəyən vətəndaşlığı
olmayan və əcnəbi şəxslər son beş il ərzində Azərbaycan Respublikasının ərazisində
yaşasın, eyni zamanda, Azərbaycan dövlət dilini bilmələri haqqında sənəd təqdim
etsinlər. Bu şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulu zamanı
onların mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən,
dilə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq, vətəndaşlıq
haqqında qanuna uyğun olaraq həyata keçirilir. Azərbaycan vətəndaşlığına qəbul
olunmaq istəyən şəxs aşağıdakı hallarda rədd cavabı ala bilər. Azərbaycan
Respublikası Konstitusiyasında təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə
cəhd etdikdə, Azərbaycanın bütövlüyünü pozmağa çağırışlar etdikdə, dövlət təhlükəsizliyinə,
ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və mənəviyyatına ziyan
vurduqda, irqi, dini, milli müstəsnalığı təbliğ etdikdə, terrorçuluq fəaliyyəti
ilə əlaqədar olduqda. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul
Konstitusiyanın 109-cu maddəsinin 20-ci bəndinə müvafiq olaraq, Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətinə daxildir. Bu o deməkdir ki, vətəndaşlıq
məsələləri Prezident tərəfindən həll edilir. Azərbaycan vətəndaşlığına qəbul olunmaq
istəyən şəxs vəsatət qaldırdıqdan sonra Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq dövlət rüsumu ödəyirlər. Azərbaycan
Respublikasının vətəndaşlığına bərpa olunarkən yenə də, vətəndaşlıq haqqında Azərbaycan
Respublikası qanununun 14-cü maddəsinin 2-ci bəndində sadalanan məhdudiyyətlər
nəzərə alınmaqla, məsələyə baxılır. Bir çox səbəblər üzündən əvvəllər Azərbaycan
vətəndaşlığında olmuş və ya Azərbaycan vətəndaşlığına xitam verilmiş şəxslər,
istənilən vaxt öz vətəndaşlıqlarını bərpa etmək üçün müraciət edə bilərlər.
Vətəndaşlığa
xitam verilməsi
Azərbaycan Respublikası vətəndaşlığına
xitam verilməsi əsasları aşağıdakı dörd halda nəzərdə tutulmuşdur:
1.
Azərbaycan vətəndaşlığından çıxmaq nəticəsində;
2.
Azərbaycan vətəndaşlığını itirmək nəticəsində;
3.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslar
olduqda;
4.
Azərbaycan vətəndaşlığı haqqında qanunda nəzərdə tutulmuş digər əsaslar
olduqda.
Azərbaycan
vətəndaşlığından çıxma dedikdə, respublika vətəndaşı tərəfindən vətəndaşlıqdan
çıxma barədə vəsatət qaldırma başa düşülür. Respublika vətəndaşlığından çıxmaq
barədə vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və
ya hüquqi və fiziki şəxslərin mənafeyi ilə bağlı olan əmlak öhdəlikləri varsa,
vətəndaşlıqdan çıxmaq barədə vəsatət rədd edilə bilər. Müttəhim kimi cinayət məsuliyyətinə
cəlb edilən şəxs, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli
olan məhkəmə hökmü olan şəxs vətəndaşlıqdan çıxmaq vəsatət qaldırarsa, buna yol
verilmir. Vətəndaşlıqdan çıxma Azərbaycan Respublikasının dövlət təhlükəsişliyi
mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa
yol verilmir. Azərbaycan vətəndaşlığından çıxmaq istəyən hər kəs müvafiq
qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir. Əgər şəxs Azərbaycan vətəndaşlığını
əldə edərkən məlumatlərı saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, həmin
şəxs Azərbaycan vətəndaşlığını itirir.
Valideynlərin
vətəndaşlığı dəyişdikdə və övladlığa götürüldükdə uşaqların vətəndaşlığı
Valideynlərin vətəndaşlığı dəyişdikdə, yəni
hər iki valideyn Azərbaycan vətəndaşlığını qəbul etdikdə onların 14 yaşına
çatmamış uşaqları da Azərbaycan vətəndaşlığlnı əldə etmiş olur. Azərbaycan ərazisində
yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni vətəndaşlıqdan çıxarsa
və bu səbəbdən uşaq üzərində Azərbaycan Respublikasının vətəndaşlarının qəyyumluğu
və himayəçiliyi müəyyən edilmişsə və valideynlər uşağın böyüdülməsində iştirak
etmirsə, valideynlərin, qəyyumun və himayəçinin vəsaiti ilə uşaq Azərbaycan vətəndaşlığını
saxlayır. Əgər valideynlərdən biri Azərbaycan vətəndaşlığını əldə etmiş şəxsdirsə,
digəri isə xaricidirsə, uşaq Azərbaycan vətəndaşlığını əldə etmiş valideynin vəsatəti
və xarici valideynin razılığı ilə Azərbaycan vətəndaşlığını əldə edir. Azərbaycandan
kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan vətəndaşlığını əldə
etmişsə, ikinci valideyni isə vətəndaşlığı olmayan şəxsdirsə, belə halda uşaq
Azərbaycan vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və ikinci valideynin
razılığı ilə Azərbaycan vətəndaşlığını əldə edə bilər. Valideynlərdən birinin
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, ikinci valideyn Azərbaycan
vətəndaşlığında qalırsa, belə halda uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Əgər
Azərbaycan vətəndaşlığından çıxmış valideyn vəsatət qaldırarsa və ikinci vətəndaşlıqda
qalan valideyn razılıq verərsə, uşağın Azərbaycan vətəndaşlığından çıxmasına
icazə verilə bilər. Uşaqlar övladlığa götürüldükdə Azərbaycan vətəndaşlığını əldə
etmə əsasları aşağıdakılardan ibarətdir. Əgər əcnəbi uşağı Azərbaycan vətəndaşları
övladlığa götürülərsə, övladlığa götürülən uşaq Azərbaycan vətəndaşlığı əldə
edir. Eyni qayda vətəndaşlığı olmayan uşağın Azərbaycan vətəndaşları tərəfindən
övladlığa götürülməsi zamanı da tətbiq olunur. Əcnəbi uşağı övladlığa götürən ər-arvaddan
biri Azərbaycan vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə belə
halda, övladlığa götürülən uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə
edir. Göstərilən halda, vətəndaşlığı olmayan ərin və ya arvadın bu məsələdə
razılığı qanunla nəzərdə tutulmamışdır. Bu ondan irəli gəlir ki, övladlığa
görürən ər və ya arvadın birinin heç bir ölkəyə vətəndaşlıq mənsubiyyəti
yoxdur. Əgər əcnəbi uşağı övladlığa götürən ər və ya arvadın biri Azərbaycan vətəndaşı,
digəri isə əcnəbidirsə, belə halda uşağın Azərbaycan vətəndaşlığını əldə etməsi
övladlığa götürənlərin qarşılıqlı razılığı ilə həyata keçirilə bilər. Vətəndaşlığı
olmayan uşağı övladlığa götürən ər və ya arvaddan biri Azərbaycan vətəndaşı,
digəri isə vətəndaşlığı olmayan şəxs olarsa, belə halda həmin uşaq Azərbaycan vətəndaşlığını
əldə etmiş olur. İkinci halda, vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər
və ya arvaddan biri azərbaycan vətəndaşı, digəri isə əcnəbidirsə, belə halda uşağın
Azərbaycan vətəndaşlığını əldə etməsi üçün uşağı övladlığa götürənlərin
qarşılıqlı razılığı tələb olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən
övladlığa götürüldükdə, uşaqlarının vətəndaşlığının müəyyən edilməsi əsasları
aşağıdakölardan ibarətdir. Azərbaycan Respublikasında olan uşaq əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, onların hər ikisinin vəsatəti
əsasında uşağın Azərbaycan vətəndaşlığına xitam verilir. Azərbaycan vətəndaşı
olan uşağı övladlığa götürən ər və ya arvaddan biri Azərbaycan vətəndaşı, digəri
isə əcnəbidirsə belə halda uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Əgər ər və
ya arvad vəsatət qaldırarlarsa, uşaq Azərbaycan vətəndaşlığından çıxa bilər. Azərbaycan
vətəndaşı olan uşağı övladlığa götürən ər və ya arvadın hər ikisi vətəndaşlığı
olmayan şəxsdirsə, yaxud biri Azərbaycan vətəndaşıdırsa, digəri isə vətəndaşlığı
olmayan şəxsdirsə həmin uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Uşaqların vətəndaşlığının
dəyişilməsi onların razılığının zəruriliyi vətəndaşlıq haqqında Azərbaycan
Respublikası Qanununun 19–25-ci maddəsinə əsasən, 14-18 yaşınadək həyata
keçirilə bilər. Vətəndaşlıqla bağlı beynəlxalq hüquq normalarının Azərbaycan
Respublikasının vətəndaşlığı haqqında qanunu arasında müəyyən ziddiyyət
yaranarsa, beynəlxalq müqavilələr tətbiq olunur.
İstifadə
edilmiş mənbə:
1.http://migration.gov.az/
http://www.azerbaijan.az/
2.https://az.wikipedia.org/wiki/Vətəndaşlıq_hüququ
3.Azərbaycan
Respublikasının Konstitusiyası
4.
https://za-rubezh.ru/articles/reintegraciya-eto-chto-takoe/
5. https://multiurok.ru/files/reinteqrasiya-v-t-ndasligin-b-rpasi.html
Hazırladı:
Əsədov
Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil
Şurası” İB-nin İdarə Heyətinin üzvü