“Kasıb daxmaların olduğu yerdə, saraylar təhlükəsiz ola bilməz”. Benjamin Dizraeli (1804-1881), dövlət xadimi və yazıçı.
Qeyri
adi Pinokkio: Əfsanə doğrudurmu?
2001-ci
ildə Florensiyada qazıntılar aparan bir qrup amerikalı arxeoloqlar, kilsə qəbiristanlığının
yanından keçərkən Lorenzi adlı bir adamın məzarını aşkar etdilər.
Qəbir
daşında onun Karlo Kollodi təxəllüsü ilə tanındığı və dünyaca məşhur “Pinokkionun sərgüzəştləri” (“Buratinonun
sərgüzəştləri”)
nağılının müəllifi olduğu qeyd edilmişdi. Yazıçının məzarı başında kədərlə
dayanan arxeoloqlar yollarına davam etdilər.
Amma birdən alimlərdən biri səsləndi: Baxın, nə gülməli təsadüfdür,
Pinokkio Kollodinin qəbrinin yanında dəfn olunub!? .... Bu məzar daşında Pinokkio
Sançesin 1790-cı ildə anadan olduğu və 1834-cü ildə vəfat etdiyi göstərilmişdi.
Bu o demək idi ki, Pinokkio Sançes nəzəri olaraq Karlo Lorenzi (Kollodi) ilə
ünsiyyət qura bilərdi.
Ekskumasiya
Yəni doğrudan
da məşhur uşaq nağılının taxta qəhrəmanı həqiqətənmi real adam olmuşdur? Ehtimal
az idi. Bu tapmaca arxeoloqlar üçün o qədər maraqlı və vacib göründü ki, onlar əsas
işlərini bir kənara qoyaraq araşdırma aparmağa başladılar. Ancaq yapışacaq bir
ipucu yox idi. Amerikalılar qərara gəldilər ki, axtarışı dayandırsınlar və
Sançesi eksqumasiya etmək üçün İtaliya hakimiyyətindən icazə alsınlar.
Arxeoloqların sorğusuna cavab olaraq italyanlar Pinokkionun cəsədinin qalıqları
həqiqəti müəyyən etməyə necə kömək edəcəkdir? - deyə soruşdular. Arxeoloqlar
bunu tam izah edə bilməyirdilər, çünki hər hansı bir ölkənin məmurları üçün
“intuisiya” sözü boş bir ifadədir. Alimlərin istədiklərinə nail olmaq üçün göstərməli
olduqları səyləri təsvir etməyin mənası yoxdur - bu, çox uzun bir hekayədir. ...Əsas
odur ki, onlar sonda ekskumasiya hüququ əldə edə bildilər. Meyit qəbirdən
çıxarılaraq ekspertizadan keçirildi.
Ağac
prototip
Amerikalıların
intuisiyası nəticəsiz qalmadı. Məlum oldu ki, taxta adam olduğu iddia edilən
prototipinin ayaqları taxta protezlərdəndir. Köhnəlmiş protezlərdən birinin üzərində
usta Karlo Bestuldcinin baş hərfləri olan yazı aşkar edildi.
Qeyri adi Pinokkio
İndi
arxeoloqların işləri daha yaxşı getməyə başlamışdı. Birincisi, onlar həqiqəti axtarmağa
daha çox həvəs göstərdilər, ikincisi, italyanlar da tapıntını yüksək qiymətləndirdilər
və tədqiqatçılara minnətdarlıqla kömək edirdilər. Florensiyanın rəhbərliyi belə
qeyri-adi tapıntının turist yerlər siyahısında görünməsi ilə maraqlanırdı.
Amerika-İtaliya birgə səyləri ilə onlar Pinokkiodan bəhs edən kilsə qeydlərini
tapmağı bacardılar.
Əsgər
talehi
Məlum oldu ki, Pinokkio Sançes boydan
balaca olub. Lakin bu, onun 15 il xidmət etdiyi orduya çağırılmasına mane
olmamışdır. Balaca boyu Pinokkionu əsgərin gündəlik həyatının çətinliklərindən
azad etmədi. Bir dəfə dağlarda məşq
zamanı
digər döyüşçülər maneələrin üstündən asanlıqla tullananda qısa ayaqlı Sançes
uçurumdan yıxılaraq möhkəm əzilir. Pinokkio sağ qalır, lakin hər iki ayağını
itirir. Bundan əlavə, burun onun burnu da zədə almışdı. Məlum usta Karlo Bestuldci
protez düzəldərək onu daha da “taxtalaşdırıb”dı. Sançes ordudan qayıdandan
sonra onun qohumlarından heç kim qalmamışdı. Pinokkio protezlərdən məharətlə
istifadə etməyi öyrənir, amma yenə də işləyə bilmirdi. Tərxis zamanı aldığı
pullar qurtardıqdan sonra və Pinokkio aclıqla üz-üzə qaldı. Mərhəmətli qonşular
ona yemək verirdilər, lakin onlar
da ehtiyac içində yaşayırdılar. Elə vaxt olurdu ki, ac qarnına yatmalı
olurdular. Bir gün Sançes bazara gedir və orada tacirlərdən heç olmasa bir az
yemək istəməyə ümid etdi. Bazarda onu bir köşk sahibi görür, qərara gəlir ki,
bu cırtdan və əlil onun işlərində çox faydalı ola bilər. Tacir Pinokkioya söz
verir ki, bir neçə sadə fəndləri mənimsəsə, onu işə qəbul edəcək. Pinokkio buna
məmnuniyyətlə razılaşır. O vaxtdan bəri yarmarkalarda çıxış etməyə və özünə çörək
pulu qazanmağa başlayır. Lakin bu balaca adamın ölümü ciddi xəstəlik nəticəsində
baş verməmişdir. Sançes fəndlərdən birini yerinə yetirərkən ciddi səhvə yol verərək
xəsarət alır və vəfat edir. Bu faktlara baxmayaraq Sançesin məşhur nağıl
oğlanının prototipi olduğunu birmənalı şəkildə söyləmək hələ də mümkün deyildi.
Sübutlar zəncirinin son halqası açıq şəkildə yox idi. Lakin Pinokkionun adını çəkəcək
başqa heç bir sənəd tapılmırdı.
Uğursuz
din xadimi
Belə
olduqda tədqiqatçılar Karlo Lorenzinin-Kollodinin şəxsiyyətini daha yaxından araşdırmaq
qərarına gəldilər. Həm ana, həm də ata Karlo Florensiyada evlərindən birində
xidmət edirdilər. Çox çalışırdılar, çünki on uşağı dolandırmalı idilər. Valideynlər
böyük oğul olan Karlonu seminariyaya oxumağa göndərdilər. Bu təhsil müəssisəsini
bitirdikdən sonra gənc Lorenzi keşiş olmalı idi, lakin olmadı. O, qəzet və
jurnallar üçün məqalə və hekayələr yazmağa başladı. Bununla pul qazana biləcəyini
anlayanda öz satirik jurnalını nəşr etməyə başladı. 1850-ci
ildə o, çox da bəyənilməyən
bir roman nəşr etdi. Tənqidçilərin artıq uzun müddət onun soyadına qarşı allergiyası
olacağını hesab edən Lorenzi- Kollodi təxəllüsü götürməyə qərar verdi. Anasının
doğulduğu kəndin adı belə idi. Populyarlıq Karloya 1856-cı ildə, onun “Buxar” romanı çapdan çıxdıqdan sonra gəldi.
Lakin Kollodi “Pinokkionun
sərgüzəştləri”ni
yazdıqdan sonra dünya şöhrəti qazandı. Karlo Kollodi Florensiyada 1890-cı il oktyabrın
26-da vəfat etmişdir. Yazıçı San Miniato al Monte kilsə qəbiristanlığında dəfn
edildi. Məhz orada amerikalı arxeoloqlar hekayəmizin əvvəlində bəhs edilən iki məzar
tapmışdılar.
Sürpriz
Amerikalılar
Kollodinin həyat və yaradıcılığını hərtərəfli öyrənməyə başladılar. Ondan sonra
qalan əlyazmalarda, məktub və digər kağızlarda Pinokkionun özü ilə,
heç olmasa, taleyi ilə bağlı heç bir yazı tapılmadı.
Alimlər yazıçının yazışdığı şəxslərin
nümayəndələrini də axtarmağa qərar verdilər. Kim bilir, bəlkə də bu həyəcanlı məlumatı
kiməsə deyib. Bir dəfə yerli qəzet müxbiri oteldə amerikalıların yanına gəlir və
Pinokkionun prototipi haqqında məqalə yazmaq istədiyini bildirdi. Alimlər
jurnalistlə danışmağa razılaşsalarda, lakin ondan hələ heç nə dərc etməməsini
xahiş edirlər. Söz verirlər ki, axtarışları uğurlu olarsa, ilk olaraq ona məlumat
verəcəklər. Jurnalist onların xahişini yerinə yetirmək üçün söz versə də, sözünə
əməl etmir və üç gün sonra məqalə qəzetdə nəşr edilir.
Bir müddət sonra tədqiqatçıların otel otağında görünən
müxbir gülümsəyərək:
-“Əminəm ki, qəzəbinizi dərhal mərhəmətə dəyişəcəksiniz.
Mən sizə bir sürprizlə gəlmişəm! Jurnalist cibindən məktub çıxararaq, dərhal
oxuyur: “Mən əmim oğlu Karlo Lorenzininin nəslindənəm. Bizim ailədə məktubları
məhv etmək adət deyil, çünki biz onları əsl sənədli tarix hesab edirik.
Kollodinin göndərdiyi poçt da qorunub saxlanılmışdır. Məqaləni oxuyandan sonra
anladım ki, alimlərin axtardıqları məndədir. Mən yaşlı adamam, özüm evdən
çıxmaqda çətinlik çəkirəm və ona görə də sizləri evdə gözləyirəm...Xahiş
edirəm məktubumu onlara verin”.
Sübut
Arxeoloqlar
bu dəvəti dərhal qəbul etdilər. Onlara lazım olan məktubdan yalnız saralmış bir
fraqment qalmışdı.“... əziz əmioğlu, sən məndən yaxın planların haqqında
soruşursan. Son məktubumda sizə bu bədbəxt və çox cəsarətli insan - Pinokkio
Sançes haqqında danışmışdım. Mən həqiqətən bu barədə yazmaq istəyirəm. Əvvəlcə
ciddi bir roman yazmağı düşündüm. Amma nədənsə uşaqlar üçün nağıl yazmağa başladım.
Niyə nağıl?, mən özüm də başa düşə bilmirəm. Axı Pinokkionun həyatı faciəli
olmuşdur... Sonda nəyə gətirib çıxaracaq, bilmirəm. Yeri gəlmişkən, söz verdiniz...”.
Əmioğlunun
nə vəd etdiyini araşdırmaçılar öyrənə bilməsələr də, alimlərin əlində daha
maraqlı bir sübut var idi. Bu onların fərziyyələrinin təsdiqi idi. Qalan son iş
kağızı təhlil etmək və yazıçının sağ qalmış əlyazmaları ilə dəst-xəttin düz
olduğunu yoxlamaq idi. Analizlər göstərdi ki, məktubun yazıldığı kağız Karlo
Kollodinin yaşadığı dövrə aiddir və məktub şübhəsiz ki, onun əli ilə yazılıb.
İndi heç kimin şübhəsi yox idi: bəli, həqiqətən də, çox başıbəlalı Pinokkio
Sançes planetimizin ən məşhur ədəbi qəhrəmanlarından birinin prototipidir.
Mənbə: bit.ly/3z5m832
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü
İstinad: https://multiurok.ru/files/qeyri-adi-pinokkio-fsan-dogrudurmu.html