Süni intellekt qədim Babil mətnlərini deşifrə edib və itirilmiş himn tapıb

Tədqiqatçılar qədim Babil mətnlərinin fraqmentlərini deşifrə etməyə qadir olan süni intellekt (İİ) sistemi yaradıblar. Fragmentarium adlanan alqoritm “Gilqamış haqqında dastan” da daxil olmaqla, insanlar tərəfindən indiyə qədər yazılmış ən qədim hekayələrdən bəzilərini bir araya toplaya bilib. Bu iş 2018-ci ildən bəri dövrümüzə gəlib çatan bütün Babil mixi lövhələrini rəqəmsallaşdırmağa çalışan Almaniyanın Lüdviq Maksimilian Universitetinin komandasına məxsusdur. Babil mətnlərinin problemi hekayələrin yalnız saysız-hesabsız fraqmentlərdə mövcud olan gil lövhələr (kitabələr) üzərində yazılmış olmasıdır. Bu fraqmentlər Londondakı Britaniya Muzeyi və Bağdaddakı İraq Muzeyi kimi ayrı-ayrı qitələrdə yerləşən müəssisələrdə saxlanılır. Bundan əlavə, mətnlər iki mürəkkəb yazı sistemindən, şumer və akkad dillərindən istifadə etməklə yazılmışdir ki, bu da mətnlərin öyrənilməsi işini daha da çətinləşdirir. Əvvəllər alimlər iroqlifləri kağıza köçürməklə mətnləri deşifrə edirdilər, sonra isə onların transkriptlərini başqaları ilə müqayisə edərək hansı fraqmentlərin hansı fraqmentə aid olduğunu və boşluqları harada doldurmalı olduqlarını müəyyən edirdilər. Fragmentarium isə bu prosesi çox asanlaşdırır. İndiyədək rəqəmsallaşdırılan 22.000 mətn parçasından süni intellekt şəkilləri gözdən keçirə və sistematik olaraq mətn hissələrini bir araya gətirərək, tədqiqatçılar üçün adətən aylar çəkəcək vaxtı saniyələr ərzində əlaqələndirə bilir. “Bu, əvvəllər heç vaxt mövcud olmayan bir böyük məlumat bazasıdır. Biz hesab edirik ki, bu, Babil ədəbiyyatının yenidən qurulması üçün zəruridir, biz bunu indi daha sürətlə həyata keçirə bilərik”, - Lüdviq Maksimilian Universitetinin Assurologiya İnstitutunun Qədim Yaxın Şərq Ədəbiyyatı professoru Enrike Ximenes açıqlamasında bildirib. 2022-ci ilin noyabrında proqram e.ə. 2100-cü ilə aid dünyanın ən qədim ədəbi əsəri olan “Gilqamış haqqında dastan”ının ən son fraqmentini oxumuşdur. Bu epik poemanın ən məşhur hissələri Nuhun gəmisi hekayəsi üçün əsas götürülən orijinal olduğuna inanılan böyük fəlakətli tufanı təsvir edir. Başqa bir kəşfdə Enrike Ximenes və iraqlı həmkarı Fragmentariumdan istifadə edərək Babil şəhərinin himnini müəyyən etmişlər. E. Ximenes deyir: “Mətn gözəldir. Qədim şəhəri çox gözəl təsvir edir. Himndə Babil şəhərinə yazın gəlişi barədə söz açılır”. Əgər  Fraqmentarium olmasaydı, mətnlərin oxunması 30 və ya 40 il çəkərdi deyə  E. Ximenes əlavə etmişdir.

Himndə deyilir:

“Araxtu çayı,

- hikmət sahibi Nudimmud tərəfindən yaradılmışdır, - sular

düzənlik, qamışları suvarır,

Sularını laquna və dənizə tökür.

Onun tarlaları çiçəklənir, yaşıllaşır,

Çəmənliklər təzə taxılla parıldayır;

Onun sayəsində qarğıdalı yığın-yığın toplanır,

Otlar otlaqda hündür bitər,

Bəşəriyyətə yaraşan sərvət və əzəmətlə,

Hər şey əzəmətli bolluqla örtülmüşdür”.

      İndiyədək dünyanın hər yerindən yalnız 200 tədqiqatçı öz işləri üçün onlayn platformadan istifadə edib. Bununla belə, 2023-cü ilin fevral ayından etibarən Fragmentarium ictimaiyyət üçün pulsuz olacaq. “Hər kəs Fragmentarium ilə işləyə biləcək. Hələ müəyyən edilməmiş minlərlə gil kitabələr vardır”, deyə - E. Ximenes bildirib.

Mənbə: http://bit.ly/3YMUy5z

Dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

İstinad:

https://multiurok.ru/files/suni-intellekt-q-dim-babil-m-tnl-rini-desifr-edib.html

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.