Sağlamlıq imkanları məhdud olan şəxslərin müvafiq təhsil-müəssisəsinin
pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsinə şərait
yaradılmalıdır.
Evdə təhsil almağın bir sıra qaydaları vardır.
Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil
müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənəd
əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul
olunurlar. Fərdi təhsilə cari ilin bir sentyabrınadək 6 yaşı tamam olan, xüsusi
məktəblərə isə (əqli cəhətdən pozuntusu olan) 7 yaşı tamam olan və ümumtəhsil məktəblərində
oxuya bilməyən uşaqlar cəlb olunur. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə
bu sənədlər əsasında qəbul olunurlar:
1.Məktəb direktorunun adına ərizə;
2.Doğum haqqında şəhadətnamənin surəti;
3.Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;
4.Psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.
Evdə təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil,
ümumi orta təhsil və tam orta təhsil səviyyələrindən ibarətdir. Şagirdlərin evdə təhsilə qəbulu il
boyu aparılır. Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın
25-də başa çatır. Dərs ili müddətində tətillər “Azərbaycan Respublikası ümumtəhsil
məktəbinin nümunəvi Əsasnaməsi” əsasında verilir. Evdə dərs məşğələləri ümumtəhsil
proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir. Gündəlik
dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində 2, ümumi
orta və tam orta səviyyələrində isə 3 saatdan artıq ola bilməz.
Mənbə: