Şəklə diqqət edin. Sovet dövründə tikilmiş məktəb. Bu məktəbdə dövlətə, xalqa xeyirli minlərlə insanlar təlim-tərbiyə almışdılar. ...bəlkə mümkün idi ki, bu məktəbi adi bir tarixi yer, muzey kimi qoruyub saxlamaq ... Bilmirəm. Əmma köhnə məktəbi tən yarı bölüb, ev tikmək bax bu əsl tarixdir...
“Bədənə
yerləşdirilmiş ruh kobud bir almaz kimidir və cilalanmalıdır, yoxsa heç vaxt parlaya
bilməz. Aydındır ki, əgər ağıl bizi heyvanlardan fərqləndirirsə, təhsil bu fərqi
daha da artırır”. Bu sözlərin müəllifi Daniel Defodur. Daniel Defo (doğum adı
Daniel Fo; təqribən 1660, London - 24 aprel 1731, London), ingilis yazıçısı. O,
1719-cu ildə nəşr olunan və tərcümələrin sayına görə İncildən sonra ikinci yerdə
olduğu iddia edilən Robinzon Kruzo romanı ilə məşhurdur. Defo romanın bir janr
kimi ilk dəstəkçilərindən sayılır. O, Britaniyada bu janrın populyarlaşmasına
kömək etmiş və bəziləri tərəfindən ingilis romanının yaradıcılarından biri
hesab olunur. Defo müxtəlif mövzularda (siyasət, iqtisadiyyat, cinayət, din,
evlilik, psixologiya, fövqəltəbii hadisələr və s.) 500-dən çox kitab, broşür və
jurnal yazan yazıçı olmuşdur. O, həm də iqtisadi jurnalistikanın banisi sayılır.
Jurnalistikada o, sağlam düşüncəni təbliğ edir, dini dözümlülüyü və söz
azadlığını müdafiə edirdi.
Təhsil həmişə
ictimai həyatda mühüm yer tutmuşdur. İlk universitetlər və kolleclər elmi
inkişaf etdirmiş, ictimai proseslərə təsir etmiş, istedadlı insanlara həyata
bilet vermişdir.
“Ümumiyyətlə oxumaq nəyə lazımdır?”:
-təhsil, xüsusən də ali təhsil uğurlu karyera
qurmağa və peşəkar yüksəkliklərə çatmağa kömək edir;
-savadlı insan özünə və qabiliyyətlərinə
arxayındır, qarşısına hədəflər qoymağı, onlara çatmağı və həyat problemlərini həll
etməyi bacarır;
-təhsil insanın özünə intizam, yaxşı yetişdirmə,
tarazlıq, baxış çevikliyi, maraq, ünsiyyətcillik və məqsədyönlülük kimi şəxsi
keyfiyyətlərini formalaşdırır;
-daimi öyrənmək zəngin və canlı həyatın açarıdır.
Mənbə:
1.https://az.wikipedia.org/wiki/Daniel_Defo
2.https://zaochnik.ru/blog/rol-obrazovanija-v-razvitii-obschestva-i-zhizni-sovremennogo-cheloveka/
Foto: Seyyub Əsədov
Materialı hazırladı:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin
(2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik
vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin
üzvü