Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul
elektron qaydada həyata keçiriləcək. Prosesə iyul ayında start veriləcək. Məktəbəqədər
təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə
dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. İyunun 1-dən qəbulun
elektronlaşdırılması üzrə işlər çərçivəsində məktəbəqədər müəssisələrdə təhsil
alan uşaqların məlumatlarının elektron sistemdə toplanılmasına artıq
başlanılıb. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu
sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan
valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə
etmələri tövsiyə edilir.
Mənbə: https://edu.gov.az/az/news-and-updates/18464-1