Ulu Öndər Heydər Əliyev Azərbaycan Müəllimlərinin 1998-ci ildə keçirilmiş XI Qurultayında Respublika Təhsil Şurası təsis edilərkən çıxışı zamanı demişdir: “Görürsünüz ki, mən nümayəndə olmasam da, sizin Qurultayınızda fəal iştirak edirəm. Qurultayda yaradılan Təhsil Şurası ictimai təşkilatdır, müəllimlərin, təhsil işçilərinin təşkilatıdır. Ona görə də belə bir təşkilatda yalnız müəllimlər, bilavasitə təhsil sahəsində işləyənlər, bilavasitə təhsillə məşğul olanlar olmalıdırlar... Mən hesab edirəm ki, bu Şuranın müstəqil olması üçün orada dövlət nümayəndələri olmamalıdır. Gərək bu Şura müstəqil olsun, ictimai təşkilat olsun, öz sözünü hökumətə, hakimiyyət orqanlarına desin və öz təkliflərini irəli sürsün. Şurada nazirlərin olması sizə lazım deyildir. Mən isə söz verirəm ki, hər bir nazirin, hökumət nümayəndəsinin sizin Şuranın bütün təkliflərinə, qərarlarına baxmasını təmin edəcəyəm”.
Mənbə: https://www.facebook.com/seyyub.asadov/posts/1907445322729585