QƏLƏBƏ -77 il

 


Nəhayət ki,vəfatından 80 il keçdikdən sonra 😔 1941-1945-ci illər müharibəsi zamanı, 1942-ci ildə itkin düşmüş əmim Əsədov Məhəmməd Səftər oğlunun (P.S. yaralanma haqqında məlumatda adı: Асадов Магомед Сефтар оглы; ölüm haqqında məlumatda isə adı: Асадов Мамед Сефтыр оглы kimi qeyd olunub. mənbə: https://pamyat-naroda.ru/ ) dəfv olunduğu yer  haqqında məlumat tapa bildim. Məlumatların əldə edilməsində mənə köməklik edən  Facebook dostum Azerbaijan Pkf sənə öz dərin minnətdarlığımı bildirirəm. Allah həmişə köməyində olsun!   

    Müharibə. Bütün dövrlərdə yaşayan insanlar üçün dəhşətli bir sözdür. 1939-1945-ci il II Dünya müharibəsi, 1941-1945- ci il Vətən müharibəsi dövründə faşizmə qarşı vuruşan insanlar unudulmamalıdır. Bu müharibə 77 il il bundan əvvəl başa çatmışdır. Qələbənin əldə edilməsində Azərbaycan xalqının igid oğulları da böyük rol oynamışlar. Vətənimiz Azərbaycanın azadlığı uğrunda əziz canlarından keçən, öz sağlamlıqlarını itirən bütün oğul və qızlarımızı böyük hörmətlə xatırlayırıq!

9 may - Qələbə münasibətilə Sizləri təbrik edirəm! Bütün müharibələr geridə qalsın. Müharibə haqqındakı xatirələr gələcək səhvlərin qarşısını alsın!

Maraqlananlar üçün link:

https://youtu.be/NTKATHEh8Yc

https://youtu.be/hAzpru6R2h0

https://youtu.be/0fHEIBulNC0

https://youtu.be/S3pVJyNaUkA

 

Məsələni tam dəqiqləşdirmək üçün sayt rəhbərliyinə müraciət etdim. Yaxın gələcəkdə Respublika Müdafiə Nazirliyinə də müraciət edəcəyəm.

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.