Kəngərli rayonunda “İstiqlalımızın bayramı” adlı tədbir keçirilib


 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayon mərkəzindəki Dövlət Bayrağı Meydanında Müstəqillik Günü münasibətilə “İstiqlalımızın bayramı” adlı tədbir keçirilib. Kəngərli Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə meydanda vüqarla dalğalanan üçrəngli bayrağımızın fonunda Azərbaycan Respublikasının  Dövlət Himni  səsləndirilib. Sonra Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı “Azadlığa gedən yol”, İcra Hakimiyyətinin əməkdaşı İmran Hüseynov “Xalqımızın şərəf salnaməsi”, Qıvraq qəsəbə tam orta məktəbinin tarix müəllimi Yunis Ələkbərov “Müstəqillik tariximiz” mövzularında çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib. 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi və ulu öndər Heydər Əliyevin liderliyi ilə bu müstəqilliyi qoruyub saxlaya bildi. Azərbaycan xalqı 28 May Gününü hər il təntənə ilə qeyd edir. Tədbirdə Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirdləri vətənpərvərlik mövzusunda şeirləri bədii qiraət edib, Qıvraq qəsəbə körpələr evi-uşaq bağçasının balaca fidanları “Bayraq” rəqsi təqdim ediblər.

Mənbə:

https://nuhcixan.az/news/cemiyyet/64463-kengerli-rayonunda-istiqlalimizin-bayrami-adli-tedbir-kecirilib

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.