Beynəlxalq Yer saatı və Yer Günü

Beynəlxalq Yer Saatı hər il milyardlarla insan tərəfindən qeyd olunan qlobal hadisədir. Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən təşkil edilən aksiya mart ayının son şənbə günü keçirilir və insanların bir saat ərzində bütün məişət və işıq cihazlarını söndürməsindən ibarətdir. Bu günü Metafizika məktəbinin doktoru Barbara Kondron icad etmişdir. 24 oktyabr 1995-ci ildə dünya ilk dəfə bu günü qeyd etməyə başlamışdır. Yer Saatı (Earth Hour) Ümumdünya Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən illik beynəlxalq tədbirdir. Tədbir hər kəsi - ayrı-ayrı şəxsləri, təşkilatları, məktəbləri, bələdiyyələri, kommersiya qurumlarını iqlim məsələsinə marağı artırmaq üçün bir saatlıq işıqları söndürməyə çağır. Bu hadisə ilk dəfə Avstraliyada Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən 2007-ci ildə təşkil edilmişdi, növbəti  il dünya səviyyəsində dəstək qazandı və 2009-cu ildə artıq bəşəriyyət tarixində ən kütləvi aksiya oldu . Azərbaycanda bu tədbir 2011-ci ildən keçirilir. İlk dəfə 2007-ci ildə Avstraliyada həyata keçirilən bu hərəkat simvolik olaraq dünyaya iqlim dəyişikliyi ilə mübarizə mesajı vermək məqsədi daşıyırdı. Lakin qısa müddətdə ətraf mühitin qorunması ilə bağlı dünyanın ən genişmiqyaslı hərəkatına çevrildi və hər il bu hərəkata qoşulan ölkələrin sayı artmaqdadır. Bu gün - Dünya Saatı Günündə dünyanın müxtəlif ölkələrindən olan insanlar saat 20:30-da bir saat ərzində bütün işıqları söndürərək diqqəti planetimizin təhlükəsizliyinə, ətraf mühitin çirkləndirilməsinə və qlobal istiləşməyə yönəldirlər.

      2001-ci ildən tədbirin  loqosu “60+”dur. İşarə təkcə işığı bir saatlıq söndürməyə deyil, həm də bütün təbii sərvətlərin qorunması haqqında düşünməyə çağırır. Fəallar belə bir fikri çatdırmağa çalışırlar ki, tükənməz mənbələr yoxdur, təbii sərvətlərin düşünülməmiş istehlakı planeti tükənməyə gətirib çıxarıb və insan tərəfindən məhv edilənləri bərpa etməyə başlamağın vaxtıdır. LED lampalardan istifadə etmək, suyu bağlamaq, qaz istehlakını azaltmaq və zərərli tullantıları azaltmaq çətin deyil. Yer saatının tarixi hər il yazılır. Ənənəyə görə, şəhərlərdə Sülh Zəngi çalınır. Zəng 60 saniyə davam edir, dostluğun, sülhün və qarşılıqlı anlaşmanın simvolik əlamətidir.

Qlobal dəyişikliyə və öz gələcəyinə fayda vermək istəyən hər kəsi bu hərəkata qoşulmağa dəvət edirik.

Daha təmiz və gözəl bir dünya üçün!

#EarthHour #DünyaSaatı  #Earth #Qlobalİstiləşmə #İqlimDəyişikliyi

#Təbiət #İnsanlıq #Azərbaycan 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.