...Tarix bir millətin taleyində dönə - dönə qara səhifələrlə
təkrarlananda çox vaxt bəxt - tale deyilən bir anlayışla ya razılaşır, ya da öz
fəaliyyətsizliyindən başına gətirilən münasibətlərə xalqın içində bir üsyan baş
qaldırır. Qəlbi təmizliyinə, ürəyi açıqlığına, qonşularına yalnız firavan həyat
arzulayan biz azərbaycanlıların tarixi keşməkeşli günlər, qara səhifələrlə zəngindir.
Çünki biz edilən pislikləri tez unudur,
sözün həqiqi mənasında tapdanan haqqımızın bərpasını tələb etməyi bacarmırıq.
Tarixin böyük
bir amansızlığına düçar olan Azərbaycan
xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş,
lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də mədəniyyətinə təsir
edə bilməmişdir.....
Yaradılma məkanı
2 dəniz arası kimi seçilmiş, lakin heç vaxt mövcud olmamış “böyük ermənistan”
iddiası - türk dünyasının inkişafına əngəl olan “Qordi düyünü” nə çevrilmişdir.
.... Mənfur ermənilər torpaqlarımızda məskunlaşmağa
başlayan dövrdən xalqımıza qənim kəsilmiş, azərbaycanlıları öldürərək
torpaqlarımızda çoxluq əldə etmək istəmişlər. Öldürə bilmədiklərini isə nəyin
bahasına olursa - olsun öz doğma torpaqlarından qovmuşlar. Xalqımızı fiziki cəhətdən
məhv etmək planını həyata keçirərkən - ən iyrənc vasitələrdən - terror, kütləvi
qırğın, uşaqlara, qadınlara, qocalara aman verməmək kimi vasitələrdən istifadə
etmişlər.....
Keçən XX əsrdə
xalqımız 5 dəfə soyqırım və deportasiyaya məruz qalmışdır. Bunlar 1905-1907;
1918-1920; 1930-1938;1947-1953; 1988 - ci ildən bəri baş verən məlum hadisələrdir....
Biz xalqımızın düçar
olduğu soyqırım günlərində şəhid olanlarımızı anmaqla yanaşı, öz tariximizi də
dərindən öyrənməliyik. ...
Soyqırım və deportasiya qurbanlarının ruhu qarşısında
baş əyir, xalqımıza səbir və dəyanət arzulayıram!
S. Əsədov “31 mart soyqırımı“ adlı məqaləsindən