Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında”
qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub. Qanun layihəsinə
əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü,
oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası
Günü elan edilib. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası
Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.
Mənbə: https://apa.az/az (P.S. şəkil alıntıdır).