Facebook kompaniyası adını Meta olaraq dəyişdirdi
(Şirkətin yeni loqosu mavi rəngli sonsuzluq
işarəsi olacaq).
Bu barədə
28 oktyabrda Nyu-York şəhərində şirkətin yaradıcısı Mark Zukerberq onlayn təqdimatda
bildirib. “İndi biz Meta” adlanırıq deyə
M. Zukerberq söyləyib, “lakin missiyamız dəyişməz olaraq qalacaqdır”. Onun sözlərinə
görə, hazırda bütün proqramlar və “Instagram” və “WhatsApp” əvvəlki kimi
qalacaqdır. Lakin zaman keçdikcə istifadəçilərin Facebooka (sosial şəbəkə kimi-
Tass) ehtiyacı olmayacaqdır. M. Zukerberq
izah edib ki, korporasiyanın yeni adı Meta yunanca “sonra” sözündən qaynaqlanır
və bu da şirkətin daim inkişaf edəcəyini göstərir. Daha əvvəl təqdimat çərçivəsində
o, virtual və reallıq elementlərini özündə birləşdirəcək metakainat adlanan
konsepsiya haqqında danışmışdı. Nümunə olaraq, o, istifadəçinin həm canlı, həm
də virtual məkanda ifa olunan konsertdə necə iştirak edə biləcəyini nümayiş
etdirmişdi. Eyni zamanda Zukerberqin demək olar ki, bütün çıxışı saat yarım ərzində
dağ mənzərəli bağ evindən animasiyalı kosmik stansiyaya çevrilən virtual interyer fonunda baş
vermişdir. Şirkətin saytında artıq şirkətin Meta adlanacağı barədə elan yerləşdirilibdir.
Adın dəyişdirilməsi fonunda elektron Nyu-York Birjasında Facebook səhmləri bir
neçə dəqiqə ərzində 3,31% bahalaşaraq açılış səviyyəsinə (10,32 dollar) çatıb.
“Metakainat”
Şirkətin
düşündüyü kimi yeni ad onların seçdiyi “metakainat” konsepsiyasının davamıdır və
bu, təkcə proqramları deyil, həm də əlavə reallıq cihazlarını da birləşdirəcək.
Bütün bu ideyaların həyata keçirilməsi üçün yeni qurumun işi iki bloka bölünəcək:
birincisi artıq fəaliyyət göstərən xidmətlərlə məşğul olacaq, ikincisi isə yeni
platformaların və texnologiyaların inkişafı platformasına çevriləcək. M. Zukerberq
“metakainat”ın gələcək inkişafını virtual dünyanın yaradılmasında görür, burada
istifadəçilər öz fərdi animasiyalı filmlərini əldə edə biləcəklər. Bunun vasitəsilə
onlar virtual aləmdə gəzə, əlavə reallıq ilə oyunlar oynayaraq vaxt keçirə və
eyni zamanda istifadəçilərlə ünsiyyət qurmaq, zəngləri qəbul etmək və ya etməmək,
məhsulları almaq və ya reklam etmək, virtual söhbət otaqlarında toplaşa biləcəklər.
Bu proqramın bir hissəsi də əlavə reallıq eynəkləri, yeni səs interfeysləri,
jestlərə nəzarət sistemləri, istifadəçi ətrafındakı qadjetlərə intellektual nəzarət
texnologiyaları və sairdir. Şirkət həmçinin əlavə reallıqda bütün yeni
qarşılıqlı əlaqə vasitələrinə yiyələnmələri, məzmun yaradıcıları üçün “immersiv təlimlərə” təxminən 150 milyon
dollar xərcləmək niyyətindədir.
Facebook sənədləri
Facebook
son zamanlar çətin dövr keçirmişdir. Sentyabr ayında “The Wall Street” jurnalı
şirkət və onun xidmətlərindəki zərərli təcrübələr haqqında bir sıra məqalələr dərc
etmişdi. Bu yazıları qəzetə ötürən keçmiş Facebook əməkdaşı Frensis Xauqen idi
və sənədlər şirkətin daxili sənədləri olmuşdur. Yazılarda xüsusən şirkətin
sosial şəbəkələrində istifadəçilərin sağlamlığı üçün potensial təhlükəli, lakin
onların marağına səbəb olan məzmunu təbliğ etdiyindən danışılırdı (məsələn,
artıq anoreksiyadan əziyyət çəkən qızlara arıqlamanın müzakirə edildiyi
qruplara abunə olmaq tövsiyə olunurdu). Oktyabrın 25-də Amerika nəşrlərindən
ibarət konsorsium ifşaedici materiallarla çıxış etdi. Jurnalistlərə “sızan”
daxili sənədlər yenidən mənbə oldu. Məlum olub ki, şirkət ABŞ-dan kənarda məzmunu
filtrləmək üçün çox az iş görüb və bu, sosial mediadan, məsələn, Efiopiya və
Hindistanda nifrət və ksenofobiya qızışdırmaq üçün istifadəsinə gətirib
çıxarıb. ABŞ daxilində də 2020-ci il prezident seçkilərindən sonra monitorinq
xeyli zəifləyib. Facebookun həmçinin koronavirus və ona qarşı peyvəndlər
haqqında yalan məlumatları aktiv şəkildə silmədiyi iddia edilir. Əsas ittiham,
şirkətin TikTok kimi rəqiblərin ondan əl çəkməyə başladığı mənfəət arxasınca
getməsini istifadəçilərin sağlamlığı üçün qayğıdan üstün tutması ilə bağlı idi.
ABŞ Federal Ticarət Komissiyası istifadəçilərin şəxsi məlumatlarının məxfiliyi
ilə bağlı problemlərlə əlaqədar 2019-cu ildə aparılan araşdırma zamanı şirkətin
ondan məlumat gizlətmədiyini yoxlayanlar Facebook-un daxili sənədləri ilə
maraqlanıb. Zukerberq son dövrlərdə baş verən hadisələri koordinasiyalı hücum
adlandırsa da, lakin bunun kim tərəfindən başladığı haqqında məlumat verməyib.
Məlumatları mediaya sızdıran Frensis Xauqen iddia edir ki, o, yalnız
Facebook-un zərərli təcrübələrinə son qoymaq və bununla da şirkətin fəaliyyətini
təkmilləşdirmək istəyi üçün belə hərəkət edib. Korporasiyanın təsisçisi iddia
edir ki, Facebooka qarşı bütün ittihamlar böhtandır və o, heç vaxt faydalarını
istifadəçi sağlamlığından üstün tutmayıb. Bütün bunlara baxmayaraq bu cür
yazılar Facebookun maliyyə vəziyyətinə çox az təsir göstərib. Nyu-York Fond
Birjasında şirkətin səhmlərinin qiyməti bir qədər bahalaşmışdır.
Problemlər
Bununla
belə, Facebookun problemləri qeyri-etik biznes təcrübələri ilə bağlı
ittihamlardan kənara çıxır. Məhz bu təcrübələrin yaranmasına səbəb şirkətin rəqibləri
- gənclər arasında ciddi maraq doğuran yeni sosial şəbəkələrlə ayaqlaşmaq istəyi
olub. Nəşr edilmiş daxili sənədlər 2000-ci ildən sonra doğulanların daha çox
Facebooka maraq göstərmədiyini göstərir. Stabilləşmə, uzunmüddətli perspektivdə
isə auditoriyanın azalması reklam gəlirlərinin azalmasına gətirib çıxarar. Sosial
mediadan pul qazanmağın əsas mənbəyi olan reklam biznesi də “Apple”-nın
cihazlarında quraşdırılmış proqramlar vasitəsilə şəxsi istifadəçi məlumatlarının
toplanması ilə bağlı yeniliklər ilə üzləşir. İndi “Apple” smartfon və planşet
istifadəçilərə xəbərdarlıq edir ki, proqram onun fəaliyyətini “izləyir” və bu
barədə məlumat toplayır və bu imkanı məhdudlaşdırmağı təklif edir. Daha az məlumat
toplanması daha az dəqiq hədəflənmiş reklam və ondan daha az gəlir gətirir. Bu
çətin vəziyyətdə Facebooka əlavə zərbə 4 oktyabrda şirkətin işində ən böyük
axsama oldu, o zaman nəinki bütün sosial şəbəkələri, həm də daxili sistemlərlə
təxminən 6 saat ərzində əlaqə kəsildi. Bununla belə, Facebook skeptiklərin gözlədiyindən
daha güclüdür. Oktyabrın 25-də şirkət rüblük gəlirlə bağlı məlumatları təqdim
edib. Bu ilin üçüncü rübündə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% artaraq
29 milyard dollar təşkil edib. Lakin investorlar gəlirin ən azı 29,58 milyard
dollar olacağını gözləyirdilər və yalnız bundan sonra, növbəti ticarət günündə
Nyu-York birjasında şirkətin səhmləri təxminən 4% ucuzlaşıb.
Dəyişikliklər
Sadalanan
problemlər fonunda şirkətin rebrendinqinin elan edilməsi, əvvəllər mediada şərhlər
verən ekspertlərin fikrincə, bu vəziyyətdən məntiqi çıxış yolu kimi görünür.
Mütəxəssislər qeyd edirlər ki, qərar böyük ölçüdə indi həddən artıq çox mənfi cəhətlərlə
əlaqəli olan əvvəlki addan uzaqlaşmağa imkan verəcək. Nəticə həmçinin diqqətin
sosial şəbəkənin populyarlığının itirilməsindən şirkətin fəaliyyətinin yeni sahələrinə
yönəldilməsi ola bilər ki, bu da Zukerberqin artıq qeyd etdiyi kimi - virtual
reallıq texnologiyalarının, öz ticarət platformalarının, eləcə də ünsiyyət üçün
periferik cihazların inkişafına səbəb olacaqdır.
Mənbə : https://tass.ru/ekonomika/12794541
Rus dilindən
tərcümə etdi:
Əsədov
Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf
və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi