15 iyun 2021-ci il tarixində saat 11.00-da Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və İnnovasiyalar üzrə IV
qrant müsabiqəsi (fərdi kateqoriyası üzrə) qalibi “V-XI siniflərdə tarix fənninin
tədrisi metodikası” adlı layihəsinin yekunu
ilə bağlı video konfrans keçirildi.
Layihənin Bağlanış mərasimində Azərbaycan Respublikası
Təhsil Şurası İB-nin İdarə Heyyətinin katibi Böyükağa Mikayıllı, müəllimlərdən
Nuranə Həmidova (Astara rayonu Ərçivan qəsəbə 3 saylı tam orta məktəb), Samirə
Yolçuyeva, Aysel Nəcəfova (Şirvan şəhəri) və LDU-nun II kurs tələbəsi Zərifə Şəfiyeva
iştirak etdilər.
Onlayn görüşü
layihə rəhbəri Seyyub Əsədov açaraq layihənin başlandığı vaxtdan sona qədər
prosedurları təqdim etdi. Bildirdi ki, layihə ilkin mərhələdə - onlayn video formatda ictimaiyyətə açıq elan olundu. Fəaliyyət
planı hazırlandı. İcra planına uyğun olaraq işlərə başlanıldı. Beləki, metodik
vəsaiti hazırlamaq üçün lazım olan ədəbiyyat, material və avadanlıqlar müəyyənləşdirilərək
əldə edildi. Ədəbiyyat və sənədlər üzərində işlər aparılaraq lazımı qeydlər
götürüldü. Metodik vəsaitin hazırlanması işinə başlanıldı və işlər ekspertiza mərhələsindən
keçdikdən sonra nəşriyyata təqdim edildi və metodik vəsait çap edildi.
Eynizamanda vəsaitin tanıdılması üçün istifadə ediləcək informativ plakat
hazırlanması işi də həyata keçirildi. Metodik vəsait hazır olduqdan sonra müəyyən
edilmiş məktəblərə paylanıldı və 2021-ci ilin aprel, may və iyun ayının əvvəlində
müxtəlif məktəblərlə hazırlanmış vəsaitin tanıdılması istiqaməti ilə əlaqədar
onlayn görüşlər təşkil edildi. Layihə çərçivəsində 265 ədəd “V-XI siniflərdə
tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait, 10 ədəd informativ
plakat çap olunaraq Bakı, Şirvan şəhərləri və Salyan, Biləsuvar rayonlarında fəaliyyət
göstərən müəyyən ümumtəhsil məktəblərinə təqdim edilmişdir. Layihə çərçivəsində
bir “HP” markalı notbook və bir “Canon” markalı printer alınmışdır. Konfransda
iştirak edənlər layihə ilə bağlı öz təəssüratlarını bölüşdülər. Layihə 15 iyun 2021-ci
il tarixində xoş və yaddaqalan təəssüratlarla başa çatdı. Layihə rəhbəri kimi layihənin
həyata keçirilməsinə dəstək olduqları üçün ölkə başçımız Müzəffər Ali Baş
Komandan, Prezidentimiz cənab İlham Əliyevə, Təhsil Nazirliyinə, IV qrant
komandasına və əməyi keçən hər kəsə öz dərin minnətdarlığımı bildirdim.