Respublika Təhsil Şurası elmi-nəzəri jurnal təsis edib


Respublika Təhsil Şurası “Azərbaycanda təhsil” (Educational Journal in Azerbaijan) adlı elmi-nəzəri jurnal təsis edib. Jurnalda Azərbaycanda və dünyada təhsil sahəsində aparılan elmi araşdırmalara, tətbiq olunan yenilikləri özündə əks etdirən məqalələrə yer veriləcək. Jurnalda təhsilin bütün pillələrini əks etdirən araşdırma materialları Azərbaycan, ingilis, türk, rus dillərində dərc olunacaq.

Jurnalın baş redaktoru, pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov, baş redaktorun müavinləri pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov və pedaqogika  üzrə fəlsəfə doktoru Ənvər Abbasovdur.

 

Mənbə: https://www.facebook.com/permalink.php?story_fbid=125091186393564&id=108741758028507

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.