Metodik vəsait - Yekun görüş - Bağlanış mərasimi keçiriləcəkdir.


 

Metodik vəsait - Yekun görüş - Bağlanış mərasimi keçiriləcəkdir.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi “V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsaitin  tanıdılması işi uğurla həyata keçir. Məlum olduğu kimi şəxsi təcrübəmə əsasən hazırladığım “V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait çap edilmiş və müəyyən olunmuş müəssisələrə paylanılmışdır. Fəaliyyət və İcra Planına uyğun olaraq hazırlanmış metodik vəsaitin tanıdılması istiqaməti ilə əlaqədar 2021-ci il iyun ayının 7- də növbəti sonuncu onlayn görüş Naxçıvan Muxtar Respublikası, Kəngərli rayon Təhsil şöbəsi və rayonun məktəb kollektivləri ilə keçirildi. Onlayn görüş-təqdimatda Naxçıvan Muxtar Respublikası, Kəngərli rayon Təhsil şöbəsini baş məsləhətçisi Rzayeva Nilufər, müəllimlərdən Ələkbərov Yunis, Məmmədov Hacı, Nağıyeva Xurmayı, Mahmudova İlahə, Əhmədli İlkin, Vəliyeva Telli və Zaur müəllim iştirak etdi. Görüşdə metodik vəsaitin 8 bölmə və 16 məqalədən ibarət olması, vəsaitin müəllimlərə kömək etmək üçün hazırlandığı, metodik vəsaitin gənc müəllimlər üçün səmərəliliyi barədə fikir mübadiləsi aparıldı. Söhbət əsasında müəllimlərə bildirdim ki, şəxsi təcrübəm əsasında hazırlanmış metodik vəsait təkcə tarix müəllimləri üçün deyil, bütün fənn müəllimləri üçün  faydalı ola bilər. Layihə rəhbəri kimi görüş iştirakçılarına təşəkkürümü bildirdim.

  Məlumat üçün bildirim ki, 15 iyun 2021-ci il tarixində layihəyə yekun vurulacaq və bağlanış mərasimi keçiriləcəkdir. Bütün həmkarlar və dostlar dəvətlidirlər. Onlayn Yekun görüş - Bağlanış mərasiminin linki təhsil müəssisələrinə və iştirak etmək istəyənlərə göndəriləcəkdir (P.S. İştirak etmək istəyənlər mənə şəxsidə yaza bilərlər). Təşəkkür edirəm.

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.