Respublika Təhsil Şurasında

 


 25.05.2021-ci il tarixində Respublika Təhsil Şurası İdarə Heyətinin iclası keçirildi. İclasda müxtəlif məsələlər müzakirə edilərək, qərarlar qəbul edildi.

Öncə İdarə Heyətinin sədri Samir Mehdizadə qeyd etdi ki, Respublika Təhsil Şurası 1998-ci ildə Azərbaycan müəllimlərinin 11-ci qurultayında təsis edilsə də, 2001-ci il may ayının 25-də Dövlət qeydiyyatına alınıb. Bu gün Təhsil Şurasının qeydiyyata alınmasından 20 il ötür. O, İdarə Heyəti üzvlərini bu əlamətdar gün münasibətilə təbrik etdi. İdarə Heyəti Təhsil Şurası İctimai Birliyinin Şəki rayon filialının təsis edilməsi və tanınmış təhsil işçisi Rəşad Rəşidovun filialın rəhbəri, eləcə də Siyəzən rayon filialının təsis edilərək, Respublikanın əməkdar müəllimi Nəcməddin Mürvətovun filialın rəhbəri təyin olunmasını, eyni zamanda Şəki rayon filialının illik iş planını təsdiqlədi. Müəllimlərin sertifikasiya və işə qəbulu ilə bağlı təlimçi təliminə hazırlıqla bağlı məlumat verildi. İdarə Heyətinin növbəti qərarı ilə Birliyin nəzdində “Akademik Mehdi Mehdizadənin pedaqoji irsinin tədqiqi Mərkəzi”, “Yanuş Korçak Akademiyası”, “Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi”, “Elmi tədqiqatlar” elmi, nəzəri, metodiki jurnalı, “Psixologiyanın aktual məsələləri” elmi, nəzəri jurnalı, “Analitik təhlil və tədqiqat mərkəzi”, “Peşəkar İnkişaf və Karyera Mərkəzi” yaradıldı. Böyükağa Mikayıllı “Yanuş Korçak Akademiyası”nın rəhbəri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov “Elmi tədqiqatlar” jurnalının baş redaktoru, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılov baş redaktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyev “Psixologiyanın aktual məsələləri” jurnalının baş redaktoru, psixoloq Səidə Əhmədova baş redaktorun müavini, Niyazi Rəhimov “Analitik təhlil və tədqiqat Mərkəzi”nin, Nizami Məmmədli “Peşəkar İnkişaf və Karyera Mərkəzi”nin rəhbəri təyin olundular. “Akademik Mehdi Mehdizadənin pedaqoji irsinin tədqiqi Mərkəzi”nin, “Mətbuat və ictimaiyyətlə əlaqələr Mərkəzi”nin rəhbərlərinin təyin olunması İdarə Heyətinin növbəti iclasına saxlanıldı. Daha sonra Birliyə yeni üzvlər qəbul edildi, fəaliyyət planının hazırlanması ilə əlaqədar işlərin gedişi haqqında məlumat verildi, Birliyin nizamnamə tələblərini pozan bir nəfər Şura üzvü İdarə Heyətinin qərarı ilə üzvlükdən xaric edildi.

Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi

 

https://www.facebook.com/permalink.php?story_fbid=121120726790610&id=108741758028507

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.