Respublika
Təhsil Şurasının sədri Samir Mehdizadə, Şura sədrinin müavini, əməkdar müəllim
Cəfər Bağırov, təşkilatın katibi Böyükağa Mikayıllı Şəki şəhərindəki zəngin ənənələrə
malik, Azərbaycan təhsilinin inkişafında izi olan 190 yaşlı 5 nömrəli tam orta
məktəblə tanış olublar. Qonaqlara məktəbin tarixi, onun keçdiyi inkişaf yolu,
görkəmli məzunları, eləcə də məktəbin müasir dövrdə Azərbaycan təhsilindəki
yeri, nailiyyətləri barədə məlumat verilib. Görüşdə Şəki Şəhər Təhsil Şöbəsinin
müdiri Südabər İsmayılova və rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Məktəblə
tanışlıqdan sonra Şəkidə Respublika Təhsil Şurası İctimai Birliyinin filalının
yaradılması ilə bağlı toplantı keçirilib. 1998-ci ildən – Təhsil Şurası yaranan
vaxtdan Şuranın üzvü olan və onun fəaliyyətində daim yaxından iştirak edən Rəşad
Rəşidov filialın rəhbəri təyin edilib. Şuranın Şəkidə həyata keçirəcəyi işlər
müzakirə olunub. Toplantıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki
filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Nuralı Çələbiyev,
5 nömrəli tam orta məktəbin direktoru Filyar İbrahimova, Şəki Şəhər Təhsil Şöbəsinin
metodisti Məmməd Qədirov iştrirak ediblər.
Respublika Təhsil Şurasının Mətbuat və
ictimaiyyətlə əlaqələr mərkəzi
https://www.facebook.com/permalink.php?story_fbid=115765733992776&id=108741758028507